Qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən yevlaxlı məzunlarla görüş keçirilib
17.09.2020 [09:32]
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən yevlaxlı məzunlarla onlayn formatda görüş keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev öncə bütün məzunları rayon təşkilatı adından təbrik edib. Rafiq Əliyev ölkəmizdə hər zaman bilikli və bacarıqlı gənclərə böyük önəm verildiyini bildirərək, bu gün yüksək nəticələr əldə etmiş məzunların da gələcəkdə dövlətimiz üçün savadlı mütəxəssis kimi formalaşacağını deyib.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Ümummilli Liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladaraq bildirib ki, bu gün dövlətimiz, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına böyük önəm verilir. İlham Məmmədov yüksək bal toplayaraq universitetlərə qəbul olan tələbələrin hər birini təbrik edərək əmin olduğunu bildirib ki, onlar müstəqil Azərbaycanın, o cümlədən Yevlağın gələcək həyatında yaxından iştirak edəcəklər.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova yüksək nəticə göstərən məzunları Yevlax şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib.
YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova isə bu gənclərin gələcəkdə harda olmalarından asılı olmayaraq Yevlağın hər zaman onların uğurları ilə fəxr edəcəyini bildirib.
Çıxış edən Yevlax şəhər Təhsil şöbəsinin müdiri Namidə Abbasova ötən illərə nisbətən bu il ali məktəblərə qəbul imtahanlarında Yevlax məktəblilərinin daha çox yüksək nəticələr göstərdiyini və bu göstəricilərin şəhərdə təhsilin inkişafının bariz göstəricisi olduğunu vurğulayıb.
Yevlax gəncləri adından çıxış edən YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Vaqifli elm yolunda çəkilən bütün əziyyətlərin heç zaman hədər getmədiyini bildirib.
Videkonfrans öz işini qarşılıqlı müzakirələrə davam etdirib.
Qeyd edək ki, həmin tədbirdən sonra ali təhsil müəssələrinə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən bir qrup yevlaxlı abituriyent YAP Yevlax rayon təşkilatının qərargahına dəvət olunub. Qərargahda onlar YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

