YAP Ağdaş rayon təşkilatının Gənclər Birliyi şurasının onlayn iclası keçirilib
12.09.2020 [00:13]
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının Gənclər Birliyi şurasının video-formatda növbəti iclası keçirilib. İclasda rayon təşkilatı Gənclər Birliyinin iyul və avqust ayları ərzində gördüyü işlər müzakirə olunub, eləcə də sentyabr ayında nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
İclasda eyni zamanda Azərbaycanın pandemiya dövründə bütün istiqamətlərdə bir çox ölkələrlə müqayisədə daha əhatəli iqtisadi və sosial dəstək proqramları həyata keçirdiyi bildirilib. Qeyd olunub ki, ölkəmizdə iş yerlərinin qorunması, işçilərin əməkhaqqının maliyyələşdirilməsi, işsizlərə, xüsusi karantin rejimi dövründə qazancını itirmiş qeyri-formal məşğul şəxslərə və heç bir gəliri olmayan digər həssas kateqoriyaya aid olan aztəminatlı ailələrə birdəfəlik ödəmənin verilməsi, məşğulluq imkanlarının artırılması üçün proqramların işə salınması, sosial müdafiə, sosial yardım və işsizlikdən sığorta ödənişi proqramlarının genişləndirilməsi, sahibkarların dəstəklənməsi və digər zəruri istiqamətlərdə geniş miqyasda işlər aparılıb. Bu da bir daha onu sübut edir ki, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin təməlində vətəndaş amili dayanır.
Tədbirdə həmçinin, ermənilər tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribatlar da toxunulub. Bildirilib ki, işğalçı Ermənistanın son vaxtlar bu cür təxribatlara əl atmasının əsas səbəbi bu ölkənin dərin böhran içərisində olmasıdır. İşğalçıların bu təxribatlarla Ermənistan-Azərbaycan münaqişəsinə üçüncü ölkələri cəlb etməyə çalışması yeni hadisə deyil. Bu gün öz ərazi bötövlüyünü bərpa etməyə qadir olan güclü Azərbaycan dövləti və onun dünya çapında böyük nüfuza malik olan Prezidenti var. Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprel ayında tarixə “Aprel döyüşləri” kimi düşən dörd günlük müharibədə də, Tovuz döyüşlərində də təkcə Ermənistana yox, işğalçı ölkənin havadarlarına da göstərmiş oldu.
İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

