/ / Natiq Allahverdiyev: Azərbaycanın tezliklə özünün ərazi bütövlüyünü bərpa edəcəyinə heç bir şübhə yoxdur
Natiq Allahverdiyev: Azərbaycanın tezliklə özünün ərazi bütövlüyünü bərpa edəcəyinə heç bir şübhə yoxdur
09.09.2020 [08:52]
“Hazırda Azərbaycan Ordusu ən müasir döyüş texnikası və silahlarla təchiz edilib. Beynəlxalq reytinq agentliklərinin dəyələndirmələrinə görə, silahlı qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. İstər Aprel döyüşlərində, istərsə də Tovuz hadisələrindəki hərbi uğurlarımız da ordumuzun gücünü bir daha təsdiq etdi”.
Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının aparat rəhbəri Natiq Allahverdiyev deyib.
O bildirib ki, Tovuz istiqamətində düşmənin təxribat cəhdinin qarşısının alınması Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərdi. Fikirlərinə davam edən N.Allahverdiyev vurğulayıb ki, həmin vaxt bütün dünya ölkələrində yaşayan həmyerlilərimizin birlik nümayiş etdirmələri, ordumuza, dövlətimizə göstərdikləri dəstək, gənclərin könüllü olaraq müvafiq qaydada orduya yazılmaları bütövlükdə Azərbaycan cəmiyyətinin vətənpərvərliyini ifadə edir: “Respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin, hər zaman vətəndaş məmnunluğunun təmin edilməsinin nəticəsidir ki, dövlətə və orduya cəmiyyətimizdən böyük dəstək göstərilir. Respublikamızda dövlətlə xalqın vəhdəti yüksək səviyyəyədir. Bizim dövlətimizi və ordumuzu güclü edən amillərdən biri məhz bununla bağlıdır. Azərbaycan dövləti və xalqımız Dağlıq Qarabağ münaqişəsinin həllində vahid mövqedən çıxış edir. Bu dəyişməz mövqe ondan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”, - deyə Natiq Allahverdiyev bildirib.
YAP Qax rayon təşkilatının aparat rəhbəri əminliyini ifadə edərək deyib ki, Azərbaycanın tezliklə özünün ərazi bütövlüyünü bərpa edəcəyinə, təcəvüzkara öz yerini göstərəcəyinə heç bir şübhə yoxdur. Diplomatik müstəvidə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi cəhətdən də üstün olduğunu təsdiqlədi. Hər kəs gördü ki, təcavüzkara hər an məğlubiyyət acısı yaşatmağa hazır və qadir olan qüdrətli Azərbaycan Ordusu var.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

