/ / YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Vətənin müdafiəsi üçün hər birimiz əsgərik” mövzusunda videokonfrans keçirilib
YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Vətənin müdafiəsi üçün hər birimiz əsgərik” mövzusunda videokonfrans keçirilib
05.09.2020 [09:09]
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədovun rayonun fəal gəncləri ilə görüşü keçirilib. “Vətənin müdafiəsi üçün hər birimiz əsgərik” mövzusunda videokonfrans formatında baş tutan görüşdə Bakı, Gəncə, Mingəçevir şəhərlərində, habelə Daşkəsən, Göygöl, Samux, Yevlax, Tərtər, Bərdə, Goranboy rayonlarında müvəqqəti məskunlaşmış kəlbəcərli gənclər iştirak ediblər.
Çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov deyib ki, peşəsindən, vəzifəsindən, statusundan və tutduğu mövqedən asılı olmayaraq, hər bir şəxs öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir: “Vətənə əsgər olmaq təkcə səngərdə əldə silahla Vətəni müdafiə etmək deyil, eyni zamanda çalışdığı, təhsil aldığı yerdə xalqa, dövlətə ləyaqətlə xidmət etməkdir. Gənclərimiz dövlətimizin inkişafı üçün öz töhfələrini verməlidirlər. Dövlət başçısının apardığı uğurlu siyasətin təbliğatçısı olmalı, sosial şəbəkələrdə ölkəmizin əleyhinə çıxış edənlərə, dövlətimizin siyasətinə kölgə salmağa çalışanlara qarşı mübarizə aparmalıdırlar”.
A.Məmmədov çıxışında ölkəmizdə pandemiyaya qarşı aparılan effektiv mübarizədən də bəhs edib: “Prezident İlham Əliyevin düzgün və vaxtında atdığı ciddi addımlar sayəsində yeni növ koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşı alınıb, uğurlu nəticələr əldə olunub”.
Cəbhənin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısının layiqincə alındığını da diqqətə çatdıran A.Məmmədov qeyd edib ki, həmin vaxt on minlərlə vətənpərvər gəncin öz torpaqları uğrunda döyüşmək üçün hazır olduqlarını bildirməsi təqdirəlayiq haldır: “Gənclərimizin meydanlara axışaraq Ali Baş Komandana, Azərbaycan Ordusuna dəstəyini ifadə etməsi düşməndə vahimə yaradıb”.
Millət vəkili deyib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, qətiyyəti ilə torpaqlarımız tezliklə düşmən işğalından azad olunacaq və məcburi köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Daha sonra görüşdə çıxış edən gənclər mövzu ətrafında öz fikirlərini bildiriblər. Kəlbəcərli gənclər vurğulayıblar ki, bundan sonra da Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlət başçısı İlham Əliyevin siyasi xəttini dəstəkləyəcək, dövlətçiliyə və xalqa ləyaqətlə xidmət edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44

