/ / Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir
Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir
21.08.2020 [09:12]
“Azərbaycan sosial dövlətdir. Ökəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının daha da yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu mənada, dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğısı xüsusilə qeyd olunmalıdır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.
Sevda Abdullayeva bildirib ki, ölkəmizdə bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır. Onun sözlərinə görə, müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri qeyd edib ki, yalnız son iki ili götürdükdə, bu kateqoriyadan olan insanlara 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək: “Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son bir ayda 250 mənzil təqdim edilib. Bu vaxta kimi 8142 mənzil və fərdi ev verilib. Eləcə də, müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin davamı kimi, həmin vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verilib, 2020-ci ildə isə 400 avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan artıq 150-si təqdim olunub. Ümumilikdə, 6900 avtomobil bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib”.
Sevda Abdullayeva diqqətə çatdırıb ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına hörmət və ehtiram bütün cəmiyyətimizə xarakterik haldır: “Çünki Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və hazırda bu mübarizənin iştirakçısı olan şəxslərə diqqət və ehtiramla yanaşmaq hər birimizin mənəvi vəzifəsidir”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

