/ / Allahverdi Haxverdiyev: Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsi üçün bütün mümkün addımları atır
Allahverdi Haxverdiyev: Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsi üçün bütün mümkün addımları atır
18.08.2020 [08:52]
“COVID-19 pandemiyasının yaratdığı iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsi üçün bütün mümkün addımları atır. Bu, Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha sübut edir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib.
Allahverdi Haxverdiyev bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. Tədbirlər Planının icrası məqsədilə ümumilikdə 3,5 milyard manat vəsait ayrılıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Bu çox ciddi göstəricidir və dövlətin vətəndaşların sosial rifahına nə qədər böyük önəm verdiyini nümayiş etdirir.
Rayon təşkilatının sədri qeyd edib ki, aprel-may aylarında 600 minədək, iyul ayında 290 minə yaxın aztəminatlı şəxsə 190 manat birdəfəlik ödəmənin verilməsi, avqust ayında bu prosesin davam etməsi, eyni zamanda, iqtisadi sahəyə dəstək məqsədilə atılan addımlar dövlətin əsas məqsədinin məhz insanların sosial rifahını qorumaq olduğunu göstərir.
Allahverdi Haxverdiyev 300 min muzdlu işçinin əməkhaqlarının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirildiyini, sahibkarlara dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirildiyini xatırladıb. Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayının 85 minə çatdırıldığını vurğulayan təşkilat sədri deyib: “Bütün bunlar vətəndaşların mənafeyini qorumağa xidmət edir. Hesab edirəm ki, bu siyasət Azərbaycanda vətəndaşlarla dövlət arasında qarşılıqlı etimadı gücləndirən ən mühüm amillərdən biridir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti bütün çətin vəziyyətlərdə belə öz vətəndaşını müdafiə etməyə, qorumağa qadir güclü bir dövlətdir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

