/ / Ramiz Göyüşov: Vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahının təmin edilməsi dövlətimiz tərəfindən əsas hədəf kimi müəyyələnləşdirilib
Ramiz Göyüşov: Vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahının təmin edilməsi dövlətimiz tərəfindən əsas hədəf kimi müəyyələnləşdirilib
15.08.2020 [00:44]
“Məlum olduğu kimi, Azərbaycan dövləti gözlənilən bütün təhlükələrdən hər bir vətəndaşının etibarlı müdafiəsini təşkil etmək üçün lazımi potensiala malik güclü dövlətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə irimiqyaslı sosial-iqtisadi layihələrin, davamlı və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi bunu bir daha sübut edir. COVID-19 pandemiyası ilə mübarizə aparılması istiqamətində həyata keçirilən tədbirlər də göstərir ki, vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahının təmin edilməsi dövlətimiz tərəfindən əsas hədəf kimi qarşıya qoyulub”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov deyib.
R.Göyüşovun sözlərinə görə, Azərbaycanda yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir: “Səhiyyə sahəsində mühüm işlər görülür, xəstəxanaların lazımi tibbi vasitə və avadanlıqlarla təchizatı yüksək səviyyədə təmin edilir, yeni tibb müəssisələri və laboratoriyalar yaradılır. Eyni zamanda, Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünyada yaranmış sosial-iqtisadi böhran vəziyyətinin ölkə iqtisadiyyatına, sosial rufaha, əhalinin məşğulluğuna mənfi təsirlərinin aradan qaldırılması üçün bütün zəruri addımları atır”.
R.Göyüşov deyib ki, pandemiya dövründə də davam etdirilən sosial-iqtisadi layihələr bir daha sübut etdi ki, Azərbaycan dövlətinin sosial siyasətinin əsasında vətəndaş amili dayanır: “Pandemiya ilə mübarizə ilə bağlı qəbul edilən qərarlar məhz vətəndaşların hər hansı təhlükədən qorunması, dövlətin və əhalinin qısa müddətdə bu xəstəlikdən xilas olmasına hesablanıb. Bununla yanaşı, dövlət başçısı pandemiyanın fəsadlarına baxmayaraq, ölkəmizdə icra edilməsi nəzərdə tutulan heç bir sosial layihənin yarımçıq qalmayacağını birmənalı şəkildə vurğulayıb”.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədəki çıxışında yaxın müddətdə, eləcə də postpandemiya dövründə ölkə iqtisadiyyatının inkişafı üçün hansı işlərin görülməsinin lazım olduğunu aydın şəkildə, konseptual formada və dəqiq göstərib. Eyni zamanda, onların icrası ilə əlaqədar hökumətə konkret tapşırıqlarını verib. Düşünürəm ki, dövlət başçısının postpandemiya dövrü üçün verdiyi tapşırıqlar ölkə iqtisadiyyatının inkişafında yeni bir dövrün başlanğıcını qoyur”, - deyə R.Göyüşov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

