Yevlaxda Beynəlxalq Gənclər Günü ilə əlaqədar onlayn formatda tədbir keçirilib
12.08.2020 [09:00]
12 avqust- Beynəlxalq Gənclər Günü münasibəti ilə Yevlaxda “Bugünkü gənclik sabahkı gələcəkdir” mövzusunda onlayn formatda tədbir keçirilib. Yevlax rayon Gənclər və İdman İdarəsinin,Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev 12 avqust - Beynəlxalq Gənclər Günü ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunur. Natiq çıxışında, həmçinin Azərbaycan gəncliyinin tutduğu yüksək mövqedən danışıb.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov Azərbaycanda gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin Pezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Bu gün Azərbaycan gəncliyinə böyük inamın olduğunu deyən millət vəkilinin sözlərinə görə, məhz bunun nəticəsidir ki, gənc kadrlar dövlətin idarə olunmasında yaxından iştirak edirlər: “Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb”.
Çıxış edən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Etibar Məmmədov da ölkəmizdə aparılan gənclər siyasətinin səmərəli nəticələrindən danışaraq, əldə edilən uğurlardan yevlaxlı gənclərə də pay düşdüyünü bildirib.
YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev isə bildirib ki cənab Prezidentimiz İlham Əliyev tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi gənclərə olan inamın, eyni zamanda, onlara verilən dəyərin daha bir bariz göstəricisidir. Rafiq Əliyev deyib ki, bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır və Onun ətrafında sıx birləşib.
Daha sonra çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli bügün ölkəmizdə gənclərə olan diqqət və qayğıdan danışıb.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

