/ / MDB gəncləri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı mübarizədə ölkəmizin yanındadırlar
MDB gəncləri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı mübarizədə ölkəmizin yanındadırlar
29.07.2020 [09:20]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyi tərəfindən Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və Qırğızıstandan olan gənclərlə son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində, xaricdə Ermənistan və erməni lobbisi tərəfindən ölkəmizə, həmvətənlərimizə qarşı törədilən təxribatlar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı videokonfrans formatında iclas keçirilib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda MDB-yə üzv ölkələrdən olan gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev bu iclasların əsas məqsədinin Azərbaycanın haqq səsini xarici ölkələrdəki gənclərə çatdırmaq olduğunu vurğulayıb. Birliyin sədri iclasda xarici gənclərlə mövzu ətrafında maraqlı müzakirələr aparılacağını qeyd edib. Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin apardığı dövlət gənclər siyasəti nəticəsində cəmiyyətin bütün sferalarında aparıcı qüvvəyə çevrildiyini bildirən Fəsli Nəbiyev deyib ki, ölkəmizlə bağlı həqiqətlərin xarici ölkələrdə yaşayan insanlara çatdırılmasında gənclər xüsusi rol oynayırlar. Azərbaycanın Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və Qırğızıstan ilə sıx əlaqələrə malik olduğunu vurğulayan F.Nəbiyev bildirib ki, belə görüşlər həmin ölkələrin gəncləri arasında mütəmadi ünsiyyətin qurulmasında çox əhəmiyyətlidir.
İclasda təqdimatla çıxış edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəmilə İsmayılova son günlər xaricdə erməni lobbisinin həmvətənlərimizə qarşı törətdiyi təxribatlar barədə iştirakçılara məlumat verib. Azərbaycanın 30 ilə yaxındır Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini vurğulayan Birliyin sədr müavini düşmənin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində ordumuzun mövqelərinə hücumlar etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Ordusu təxribatın qarşısını qətiyyətlə alıb və öz döyüş salnaməsinə növbəti qələbəsini yazdırıb. Bu qələbə əhali tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb. Əhali bu coşqunu iyulun 14-də Azərbaycan Ordusuna və Ali Baş Komandana izdihamlı dəstək yürüşü ilə qeyd edib. Bu hadisələr və ordumuzun şücaəti xaricdə yaşayan həmvətənlərimizdə də ruh yüksəkliyi yaradıb. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz səfirliklərimiz önündə dinc aksiyalar təşkil edərək ordumuzla, xalqımızla, Ali Baş Komandanımızla həmrəyliklərini bildiriblər. Lakin ermənilər Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri qarşısında müxtəlif təxribatçı tədbirlər keçirərək erməni terrorçularını, radikal qüvvələri aksiyalara cəlb edib, soydaşlarımıza hücum edərək dövlət atributlarımızı təhqir edib, insanlara ağır bədən xəsarətləri yetiriblər. Bundan başqa, həmvətənlərimiz erməni vandalizminə məruz qalıblar. Ermənistanın və erməni lobbisinin törətdikləri son təxribatlarla işğalçı mövqelərini açıq şəkildə nümayiş etdirdiklərini bildirən C.İsmayılova Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi və təbliğ olunması istiqamətində fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda iclas iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar. Xarici iştirakçılar Azərbaycanın belə vətənpərvər və savadlı gənclərə sahib olduğuna görə qürur hissi keçirdiklərini, ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı haqq mübarizəsində onun yanında olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05

