Nəzrin Məmmədova: Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım belə geri çəkilməyəcək
29.07.2020 [09:18]
“Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələndi. Güclü Azərbaycan Ordusunun əks həmləsi ilə düşmən ağır tələfat verərək geri oturduldu. Düşmənin 100-dən çox canlı qüvvəsi və çoxlu sayda hərbi texnikası, müdafiə qurğuları, komanda məntəqələri məhv edildi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü Nəzrin Məmmədova deyib.
N.Məmmədova bildirib ki, hazırda düşmən ordusunda ruh düşkünlüyü hökm sürür. Erməni zabit və əsgərləri döyüşməkdən imtina edib cəbhə xəttindən qaçırlar. Onun sözlərinə görə, baş verən bu döyüşlərdə Azərbaycanın qəhrəman zabit və əsgərləri torpaqlarımızın müdafiəsi uğrunda şəhid oldular. Azərbaycan Respublikasının ərazilərinin vahidliyi uğrunda öz canını, qanını düşünmədən düşmənlə mübarizədə ortaya qoyan, düşmənin məkrli əməlləri qarşısında qəhramancasına döyüşən igid Vətən övladlarımızın olduğunu görmək biz gəncləri qürurlandırır, fərəhləndirir, vətənpərvərlik ruhunu daha da çox gücləndirir.
“Xalqımız cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək vətənimizin müdafiəsinə və torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə həmişə hazırdır. Təəssüflə qeyd etməliyəm ki, həm ölkə daxilində, həm də xaricdə mövcud olan anti-milli qüvvələr düşmənlə mübarizə apardığımız belə bir vəziyyətdə öz məkrli niyyətlərindən əl çəkmirlər. Bu qüvvələr yaranmış vəziyyətdən sui-istifadə edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Bu insanların iç üzü Bakıda gənclər tərəfindən təşkil olunan Orduya dəstək yürüşü zamanı bir daha özünü göstərdi. Bu yürüşdən istifadə edən anti-azərbaycançı qüvvələr təxribata əl ataraq, Milli Məclisin qapısını sındıraraq içəri daxil olub, binaya zərər vurmağa və yürüş iştirakçılarının Ordumuza, ölkə rəhbərliyinə dəstəyinin istiqamətini dəyişməyə cəhd etdilər. Bu xalqımıza, dövlətimizə xəyanət, düşmənin dəyirmanına su tökməkdir. Bu təxribatı törədənlər ən sərt qaydada cəzalandırılmalıdırlar. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının ordumuz tərəfindən qarşısının alınması, düşmənin ağır məğlubiyyətə uğradılması bir daha göstərir ki, Azərbaycan Ordusu dövlət sərhədlərimizin keşiyində möhkəm dayanıb və işğal altında olan torpaqlarımızın azad olunması da çox uzaqda deyil. Düşmən tərəf bilməlidir ki, biz bir qarış torpağımızı da heç kimə verməyəcəyik. Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım belə geri çəkilməyəcək”, - deyə N.Məmmədova qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

