/ / Rəşad Abbaszadə: Ermənistan qlobal xarakter daşıyan təşəbbüsə qarşı çıxmaqla dünya dövlətləri arasında bir daha özünün mənfur simasını göstərmiş oldu
Rəşad Abbaszadə: Ermənistan qlobal xarakter daşıyan təşəbbüsə qarşı çıxmaqla dünya dövlətləri arasında bir daha özünün mənfur simasını göstərmiş oldu
29.07.2020 [09:14]
“Ötən ilin sonlarından dünyada yayılan COVID-19 infeksiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Lakin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məsələyə ilk gündən həssas reaksiyaları, həyata keçirilən tədbirlər göstərdi ki, dövlətimiz insanların sağlamlığı üçün lazım olan bütün addımları atır. Təsadüfi deyil ki, pandemiya əleyhinə həyata keçirdiyi mübarizə tədbirlərinə görə beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan dövləti koronavirusun qarşısının alınmasında yalnız ölkə miqyaslı nəaliyyətləri ilə örnək olmaqla kifayətlənmədi. Virusun qlobal problemə çevrilməsini nəzərə alaraq onunla mübarizədə beynəlxalq əməkdaşlığı, həmrəyliyi zəruri hesab edən Prezident İlham Əliyev BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində videkonfrans vasitəsilə xüsusi sessiyasının keçrilməsi təklifini irəli sürdü və bu təklif çox müsbət qarşılandı”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Ofisinin koordinatoru Rəşad Abbaszadə deyib.
R.Abbaszadə bildirib ki, bu təşəbbüs əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edildi. Qərarın qəbuluna dünyanın 130 dövlətinin dəstək verməsi bir tərəfdən Azərbaycan Prezidentinin təklifinin qlobal əhəmiyyətini, digər tərəfdən beynəlxalq ictimaiyyətin ölkəmizə, dövlət rəhbərimizə olan böyük inamının göstəricisidir. Təşəbbüsə qarşı çıxan yeganə dövlət işğalçı Ermənistan oldu.
“Prezidentimizin rəhbərliyi ilə dövlətimizin beynəlxalq aləmdə uğurlarını gözü götürməyən düşmənlərimiz son günlərdə təcavüzkar mahiyyətini gizlətməyərək növbəti təxribata əl atdılar. İyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində mövqelərinin artilleriya qurğularından atəşə tutmuş, həmçinin sərhəd bölgəsindəki dinc əhalinin yaşayış məntəqələrini hədəfə almışlar. Şanlı Ordumuz bu təxribatlara rəşadətlə cavab verib və düşməni ağır itkilərlə geri çəkilməyə məcbur edib. Təəccüblü deyil ki, Ermənistanın son təcüvüzü Azərbaycan ictimaiyyətini hiddətləndirdi. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək kimi çağırışları səsləndi. Bu, insanların vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu göstərsə də unutmayaq ki, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır”, -deyə R.Abbaszadə qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

