/ / Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara çağırış edib
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara çağırış edib
28.07.2020 [09:05]
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara son günlər erməni təxribatçılarının həm Azərbaycanla sərhəddə, eləcə də dünyanın müxtəlif şəhərlərində törətdikləri iğtişaşlarla əlaqədar çağırış edib.
Bu barədə AZƏRTAC-a YAP Gənclər Birliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, YAP Gənclər Birliyi DEMYC (Avropa Demokratik Gənclər Qurumu), IYDU (Beynəlxalq Gənc Demokratlar Birliyi), YEPP (Avropa Xalqları Partiyasının Gəncləri), ICAPP YW (Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Gənclər Qolu), YOUTH CDI (Beynəlxalq Mərkəzçi Demokrat Gəncləri), SCO (Şanxay Əməkdaşlıq Təşkilatı), həmçinin Rusiya, Türkiyə, İtaliya, Portuqaliya, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Rumıniya, Almaniya, Livan, İsrail və digər ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq edir. Bu təşkilatlara erməni təxribatına son qoyulması, erməni vandalizminin qarşısının alınması ilə bağlı çağırışlar ünvanlanıb.
Çağırışlarda deyilir: “İyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribatlara başlamasının, eləcə də bir çox xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında erməni aqressiyasının şahidi olduq. Belə ki, Fransa, İngiltərə, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, habelə bu ölkələrdə dinc şəkildə fikirlərini bildirən azərbaycanlı nümayişçilərə qarşı erməni təxribatçıları tərəfindən törədilmiş zorakılıqlar bilavasitə vandalizm və terror ünsürlərini özündə əks etdirir, Azərbaycan icmalarının üzvlərinə, diplomatlara və əmlaklarına qəsdən ziyan vurmaq məqsədi daşıyan cinayət məsuliyyətinə səbəb olan hərəkətlər kimi xarakterizə olunur.
Bütün bu faktları əsas tutaraq, Azərbaycan tərəfi müvafiq ölkələrin hüquq-mühafizə orqanları tərəfindən radikal erməni qruplarının törətdikləri vandalizm aktlarının araşdırılmasını və bu cinayətləri törədənlərin əməllərinə hüquqi qiymət verilməsini tələb edir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

