/ / YAP Gənclər Birliyinin “Onlayn yay düşərgəsi”nin dördüncü gününün növbəti videokonfrans formatında seminarı keçirilib
YAP Gənclər Birliyinin “Onlayn yay düşərgəsi”nin dördüncü gününün növbəti videokonfrans formatında seminarı keçirilib
24.07.2020 [09:06]
İyulun 16-dan 31-dək davam edəcək YAP Gənclər Birliyinin “Onlayn yay düşərgəsi”nin dördüncü gününün növbəti videokonfrans formatında seminarı baş tutub. 200-ə yaxın fəal gəncin iştirak etdiyi onlayn yay düşərgəsində “Qərbi Azərbaycan torpaqlarının tarixi və coğrafiyası” mövzusunda növbəti seminar keçirilib.
Videokonfransın moderatoru Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov yay düşərgəsinin iştirakçılarını salamlayıb, “Onlayn yay düşərgəsi” layihəsinin müxtəlif proqramlar çərçivəsində gənclərin təmsil olunmaları üçün ən yaxşı amil kimi dəyərləndirilə biləcəyini vurğulayıb. Belə ki, layihə proqramı çərçivəsində iştirakçı gənclərlə birlikdə Yeni Azərbaycan Partiyasının nüfuzlu nümayəndələri də seminarlarda iştirak edir, gənclərlə açıq diskussiyalar aparılır, onların dünyagörüşünün və bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələrlə çıxışlar edilir.
Videokonfrans formatında keçən düşərgədə növbəti söz Milli Məclisin deputatı, Qərbi Azərbaycan üzrə tədqiqatçı alim Əziz Ələkbərliyə verilib. O, bu formatda yay düşərgəsinin keçirilməsini müsbət hesab etdiyini, belə onlayn seminarların ölkə gəncləri arasında sıx və səmimi münasibətin yaranmasına səbəb olacağını bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə gənclərə yüksək diqqət və qayğı mövcuddur. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur, həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Deputat daha sonra “Qərbi Azərbaycan torpaqlarının tarixi və coğrafiyası” mövzusunda seminarla çıxış edib. Əziz Ələkbərli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir: “Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.
1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə edən ermənilər dərhal öz əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə, ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başladılar. Sonra tarixi mənbələr saxtalaşdırıldı, bu ərazilərdə nə varsa hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi. Bu il iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bir daha bu məsələlərə cəlb etdi ki, bu tarix ciddi şəkildə araşdırılsın, elmi əsərlər ortaya qoyulsun. Yeni Azərbaycan Partiyası da cənab Prezidentin bu çağırışına bir cavab olaraq “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabını nəşr etdirdi”.
Daha sonra onlayn düşərgədə iştirak edən gənclərdən Elnur Fərzəlizadə, Nurlan Şibliyev, Aygün Kazımova və Ələkbər Mirzəyevin sualları cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

