Fidan Hacıyeva: Biz Ali Baş Komandanımıza və qüdrətli Azərbaycan Ordusuna güvənirik
23.07.2020 [09:18]
“Vətənpərvərlik hissi elə bir hissdir ki, valideynlər bu hissi övladlarına uşaqlıqdan aşılamalıdır. Bu gün fəxrlə deyə bilərik ki, xalq olaraq biz çox vətənpərvər xalqıq. Bunun ən bariz nümunəsini biz 2016- cı ilin Aprel döyüşlərində, eləcə də bir neçə gün öncə Tovuz istiqamətində gedən döyüşlərdə çox aydın şəkildə gördük”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının baş məsləhətçisi, fəal gənc Fidan Hacıyeva deyib.
F.Hacıyeva bildirib ki, son günlər Tovuz rayonu istiqamətində baş verən hadisələr, hərbçilərimizin şəhid olması bir vətəndaş olaraq onu kədərləndirib, eyni zamanda şanlı ordumuzun düşmənə tutarlı cavab verməsi bir gənc olaraq onda çox böyük ruh yüksəkliyi yaradıb: “İyulun 12- dən etibarən Ermənistan ordusunun ölkəmizə qarşı həyata keçirdiyi təxribatların qarşısı qətiyyətlə alındı və mənfur düşmənlər artıq iflasa uğradıqlarını özləri də dərk etdi. Ordumuzun gücü Ermənistanı vahiməyə saldı. Döyüş zamanı sosial şəbəkələr vasitəsilə erməni əsgərlərinin döyüşdən yayınması və qaçmasının şahidi olduq, amma bunun tam əksi olaraq Azərbaycan əsgəri mərd-mərdanə cəbhədə mənfur düşmənlərə qarşı sarsıdıcı zərbələr endirirdi. Baxın budur fərqimiz, budur üstünlüyümüz!”.
“Bu gün biz xalq olaraq bir yumruq kimi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Məhz ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü və müasir ordusuna sahibdir. Ali Baş Komandan hər zaman təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, onlarla birgə əsgər yeməyi yeyir. Cənab Prezidentin əsgərlər içərisində olması orduda böyük ruh yüksəkliyi yaradır. Bu gün hər bir gənc ölkə başçısının çağırışına qoşularaq könüllü hərbi xidmətə yazılır. Mən həm bir xanım kimi, həm Vətənimizə igid əsgərlər yetişdirən iki övlad anası kimi hər zaman torpaqlarımızı işğaldan azad olunması üçün döyüşə hazıram. Eyni zamanda şəxsən özümün təmsil etdiyim Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Gənclər Birliyinin bütün üzvləri də hər zaman torpaqlarımızı işğaldan azad olunması üçün döyüşə hazırdır. Bunun üçün müvafiq qurumlara hərbi xidmətə getmək üçün müraciətlər edirik. Yeri gəlsə mənfur düşmənlərin önündə sipər olub qətiyyətli mübarizə aparacağıq. Bunun üçün isə Ali Baş Komandanın əmrini göszləyirik! Biz gənclərın hər biri Ali Baş Komandanın əsgərləriyik”, - deyə F.Hacıyeva qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

