/ / Maqsud Süleymanlı: Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas qayəsini məhz vətənpərvərlik missiyası təşkil edir
Maqsud Süleymanlı: Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas qayəsini məhz vətənpərvərlik missiyası təşkil edir
23.07.2020 [09:14]
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin birlik və bərabərlik çağrışına bütün Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri kimi YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvləri də ilk gündən qoşulublar. Cənab Prezidentin həyata keçirdiyi gənclər siyasətinin mərkəzində dayanan vətənpərvərlik məkfurəsi hər bir gəncin Vətənimizin bu çətin anlarında yenidən birlik və həmrəylik nümayiş etdirməsinin başlıca səbəbi oldu”.
Bu fikirləri YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı deyib.
M.Süleymanlı bildirib ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ön cəhbədə qəhrəman Azərbaycan əsgərləri torpaqlarımızın müdafiəsi naminə düşmən üzərində parlaq zəfərlər qazanarkən, arxa cəhbədə minlərlə Azərbaycan gənci Ali Baş Komandanın ətrafında sıx birləşərək, səbirsizliklə döyüş əmrini gözlədilər. Üç rəngli Azərbaycan bayrağını əllərində dalğalandıran minlərlə vətəndaşımız Şəhidlər xiyabanı qarşısında toplanaraq Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması şüarlarını səsləndirməklə bir daha vətənpərvərlik nümayiş etdirdilər. Cənab Prezidentin Təhlükəsizlik Şurasının videoformatda keçirilən iclasında söylədiyi fikirlər hər bir gəncin daxilində yaşatdığı vətən, torpaq, bayraq sevdasını bir daha üst zirvəyə çıxarmış oldu.
Onun sözlərinə görə, Ali Baş Komandanın “torpağını müdafiə etmək istəyən hər kəs gedərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata düşə bilər” fikrindən sonra minlərlə gənc müstəqil Azərbaycana xidmət edib vətəndaşlıq borcunu ödəmək üçün çağırış məntəqələrinə üz tutdu.
“Təbii ki, hər zaman olduğu kimi bu dəfə də Ali Baş Komandanın fikirlərini dəstəkləyib, ilk irəli addım atanlar Yeni Azərbaycan Partiyasında birləşən gənclər oldu. Bir neçə gün ərzində minlərlə Yeni Azərbaycan Partiyasının gənci ordu sıralarına yazıldı. Bir daha nümayiş olundu ki, biz gənclər təkcə arxa cəhbədə deyil, ön cəhbədə də cənab Prezidentin əmr və tapşırıqlarını yerinə yetirməyə hazırıq. Yeni Azərbaycan Partiyasının əsas qayəsini məhz vətənpərvərlik missiyası təşkil edir. Bu partiyada birləşən şəxslər istər Qarabağ döyüşlərində, istərsə də Aprel döyüşlərində böyük şücaət və birlik göstərdilər. Cünki bu partiyanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun əsasında vətən sevgisi durur. Bu kurs isə məhz bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizdən öncəki, biz və bizdən sonrakı gənclik də bu yolun təbliğatçıları olub və olacaq. Biz YAP Yevlax rayon təşkilatının gəncləri də partiyamızın Sədri, cənab Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının müdafiəsi naminə hər an verəcəyi döyüş əmrini gözləyən müsəllah əsgərləriyik”, - deyə M.Süleymanlı qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

