/ / YAP Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb
YAP Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb
16.07.2020 [09:37]
Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: “Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına almaqdadır. Ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirilib. Təcavüzkar Ermənistanla döyüşdə böyük şücaətlər göstərən Ordumuzun itkiləri də oldu. Xalqımız Vətən yolunda şəhid olan qəhrəmanlarını böyük qürurla son mənzilə yola saldı. Ordumuz isə onların qisasını yerdə qoymadı.
Azərbaycan dövləti və cəmiyyəti, eyni zamanda, bəşəriyyətin bir nömrəli düşməninə çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə aparır. Dövlətin böyük imkanları qorxulu xəstəliklə mübarizəyə səfərbər edilib, həkimlərimiz ön cəbhədəki əsgərlər qədər qəhrəmanlıq nümunəsi göstərərək insanların sağlamlığının keşiyində dayanıblar. Əhalinin sağlamlığını qorumaq bu gün torpaqlarımızı qorumaq qədər əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələsidir.
Bu həssas, ölümcül xəstəlik və xain düşmənin təxribatları ilə mübarizə aparıldığı bir zamanda xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsi, dövlətin və Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi ölkəmizin gücünü və qüdrətini qat-qat artırır. Bakıda iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən əzəmətli yürüş bunun əyani nümunəsidir. Xalqın dəstəyindən ilham alan şanlı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələrini endirməkdə davam edir, sərhədlərimizin toxunulmazlığı, əhalinin təhlükəsizliyi keşiyində mətanətlə dayanır.
Yeni Azərbaycan Partiyası təəssüf hissi ilə bildirir ki, bəzi məkrli dairələr insanlarımızın, əsas etibarilə gənc vətənpərvərlərin Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdiyi yürüşdən sui-istifadə edərək təhrikçi çağırışlarla yürüş iştirakçılarının az bir qismini xüsusi mühafizə olunan Milli Məclisin binasına zorla daxil olmasına, polis avtomobillərinə ziyan vurmağa və digər qanunazidd əməllər törətməyə istiqamətləndirməyə nail olmuşdur. Beləliklə də, yürüş iştirakçılarının azsaylı hissəsi qanunazidd əməlləri ilə əslində, maraqlı pozucu qüvvələrin və “beşinci kalon” təmsilçilərinin cəmiyyətdə ictimai-siyasi sabitliyi pozmaqdan, qarşıdurma yaratmaqdan ibarət olan anti-Azərbaycan və antixalq məqsədlərinə xidmət göstərmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, dövlət maraqlarına və milli mənafelərə daban-dabana zidd olan belə pozucu hərəkətlər hazırkı həssas məqamda düşmən dəyirmanına su tökmək qədər zərərli və təhlükəlidir. Bu, eyni zamanda, ülvi və vətənpərvər niyyətlə Azərbaycan Ordusuna və dövlətə dəstək nümayiş etdirən yürüş iştirakçılarına qarşı çirkin təxribatdan başqa bir şey deyildir.
Biz hər bir Azərbaycan vətəndaşını, ilk növbədə, gənclərimizi ayıq-sayıq olmağa, məkrli dairələrin çağırışlarına qoşulmamağa, onların əlində alətə çevrilməməyə, hər birimizin böyük dəyər verdiyimiz ictimai-siyasi sabitliyi qorumağa, torpaqlarımızın keşiyində dayanan əsgərlərimizə, insanlarımızın sağlamlığının keşiyində duran həkimlərimizə mənəvi dəstək olmağa səsləyirik. Qarşımızda düşmənə qalib gələrək işğal olunmuş torpaqlarımızı, doğma Qarabağımızı azad etmək, amansız pandemiyadan xalqımızı qorumaq kimi şərəfli vəzifələr dayanır. Həm bu günümüzü, həm də gələcəyimizi hədəfə alan düşmənlərə qalib gəlməyin yolu isə bir olmaqdan, həmrəy olmaqdan, dövlətimizin ətrafında sıx birləşərək sıralarımıza girmiş mənfur və satqın antimilli qüvvələri ifşa edib yerində oturtmaqdan keçir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

