Aslan Əzimzadə: Azərbaycan gəncliyini birləşdirən ən müqəddəs dəyər bizim Vətənimizdir
16.07.2020 [09:14]
“Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən ordusunun hərbi obyektlərinin darmadağın edilməsi, bir daha Azərbaycan Ordusunun Ermənistanın istənilən hərbi təxribatına qarşı adaptiv mexanizminin olduğunu sübuta yetirir. Bu gün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli hərb siyasəti nəticəsində Azərbaycan Ordusu modern silah və texnikaya sahibdir. Ümumiyyətlə, Azərbaycanın möhtəşəm, şanlı ordusu ilə Ermənistanın ordusunu müqayisə etmək absurddur. Azərbaycan Ordusu öz gücünə görə dünyada 50-ci yer tutur. Ölkəmiz həmçinin Cənubi Qafqaz regionunda ordu gücünə görə 1-ci yerdədir”.
Bu fikirləri YAP Gənclər Birliyinin fəal üzvü Aslan Əzimzadə deyib.
A.Əzimzadə bildirib ki, bu gün Azərbaycanda ən böyük sərvət Azərbaycan xalqının və ordusunun monolit birliyidir. Bu birlik əbədi və sarsılmazdır. Aprel döyüşlərində biz gördük ki, dilindən, dinindən, baxış bucağından asılı olmayaraq hər bir Azərbaycan gənci ordumuz üçün yumruqtək birləşdi. 14 iyulda da Azərbaycan xalqının orduya dəstək məqsədilə küçələrə axışmasının və yenidən dövlətimizin yanında cəmləşməsinin şahidi olduq.
“Bu həmrəylik bir daha sübut edir ki, Azərbaycan gəncliyini birləşdirən ən müqəddəs dəyər bizim Vətənimizdir. Lakin, Azərbaycanda xalq həmrəyliyinin bəzi şəxslərin yuxusunu qaçırır. Təxribatçıların orduya dəstək yürüşündə Azərbaycan parlamentinin binasına daxil olması və Azərbaycan polisinə qarşı çıxması qəbulolunmazdır. Şanlı ordumuzun bu çətin günlərində, orduya dəstək yürüşü edən əhalini öz əsas qayəsindən saptırmağa cəhd etmək bir daha sübut edir ki, bu təxribatçılar birmənalı olaraq düşmən üçün çalışır. Bütün bu hadisələrə xalqımızın da baxışı neqativdir. Azərbaycanın sabitliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhuna ehtiram bəsləməyən bu azğın təxribatçı qrupunu Azərbaycan xalqı heç zaman bağışlamayacaq. Xalq tərəfindən sosial şəbəkələrdə bu təxribatçılara qarşı başlanılmış milli birlik bir daha onu göstərir ki, Azərbaycanda xalqla dövlətin unikal və sarsılmaz birliyi mövcuddur. Zaman birlik və bərabərlik zamanıdır! Bizim yeganə düşmənimiz məkrli Ermənistandır! Bu gün bütün Azərbaycan gəncliyi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir”, - deyə, A.Əzimzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15

