Aqşin Bağırov: Azərbaycan gəncləri döyüşə hazırdır
15.07.2020 [08:24]
“Dərin böhranla üzləşən Ermənistan ən hiyləgər və çirkin yollarla dünyanın diqqətini özünə cəlb etmək üçün bu günlər əlindən gələni etməkdədir. Tarix boyu ermənilər bu işləri törətdikləri təxribatlarla görüblər. Ermənistanın növbəti təxribatı həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm işğalçı ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək məqsədi güdürdü. Buna nail olmaqdan ötrü Azərbaycanın Tovuz rayonu ilə sərhəddə təxribat törətməyə cəhd göstərdi. Amma sonradan iflasa uğradı”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Aqşin Bağırov deyib.
A.Bağırov bildirib ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu, heç şübhəsiz, təxribatdır və bir ölkənin beynəlxalq təşilatlar tərəfindən tanınan sərhədlərinə təcavüzdür, güc tətbiq etmək aktıdır: “Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ordumuzun əks-tədbirləri adekvat xarakter daşıyıb və Azərbaycan Ordusu Ermənistanın təxribatlarına qətiyyətli cavab verib. Yayılan videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib”.
“Bu döyüşlərdə Azərbaycan igid övladlarını şəhid verdi. Ordumuzun verdiyi şəhidlərin hər birinin qisası düşməndən layiqincə alındı. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmış, adekvat cavab verilmişdir. Biz Azərbaycan gəncləri olaraq hər an Ali Baş Komandanın döyüş əmrini gözləyirik. Əgər belə bir əmr olarsa, hər birimiz düşmənin üzərinə gedəcək və işğalda olan torpaqlarımızın hər qarışını azad edəcəyik. Azərbaycanın vətənpərvər gəncləri hər an bu əmrə hazırdır”, - deyə A.Bağırov söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

