/ / Turani Əliyev: BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq səylərin birləşməsinə töhfə verəcək
Turani Əliyev: BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq səylərin birləşməsinə töhfə verəcək
10.07.2020 [09:47]
“Son illər Azərbaycan nəinki regionda, artıq dünyada yüksək nüfuza sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə bərabər faydalı münasibətləri özünəməxsus yer tutur. O cümlədən ölkəmiz beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq əlaqələri qurur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının sədri Turani Əliyev deyib.
T.Əliyev bildirib ki, ölkəmizin dünyada artan imicinin nümunəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün təşkilatın üzvü olan 130 ölkənin dəstəkləməsi mühüm hadisədir.
Onun sözlərinə görə, hazırda bütün dünyanın COVİD-19 pandemiyası ilə, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır. Təşkilat sədrinin fikrincə, bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək.
“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü zərurətdən irəli gəlir. Etiraf etmək lazımdır ki, hazırda dünyada koronavirus pandemiyası ilə mübarizə sahəsində müşahidə etdiyimiz vəziyyət o qədər də ürəkaçan deyil. Bəzən pandemiya ilə mübarizə prosesində çaşqınlıq, gərginlik müşahidə edilir, bəzi dövlətlər yalnız öz təcrübəsinə və resurslarına söykənərək bu qlobal bəlaya qalib gəlməyə çalışırlar. Lakin pandemiya qlobal xaraker daşıdığından, təbii ki, dünya dövlətlərindən həmrəyliyin nümayiş etdirilməsi və birgə səylərin göstərilməsi tələb olunur. Eyni zamanda, pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərində olan boşluqların, dövlətlərin cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. Və bu dəstəyə məhz çoxtərəfli əməkdaşlıq və həmrəylik sayəsində nail olmaq mümkündür. Bu baxımdan, böyük ümidlər və əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin aradan qalxması üçün ən səmərəli və düzgün yolun tapılmasına xidmət edəcək”, - deyə T.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

