/ / Allahverdi Haxverdiyev: Prezident İlham Əliyevin təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi beynəlxalq miqyasda ölkəmizə verilən dəyərin göstəricisidir
Allahverdi Haxverdiyev: Prezident İlham Əliyevin təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi beynəlxalq miqyasda ölkəmizə verilən dəyərin göstəricisidir
07.07.2020 [09:54]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi beynəlxalq miqyasda ölkəmizə verilən dəyərin göstəricisidir. Bu gün yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan beynəlxalq siyasətin mühüm aktoru olaraq qlobal çağırışların təşəbbüsçüsü kimi çıxış edir. Məhz ölkəmizin yeni növ koronavirus (COVİD-19) pandemiyasına yoluxmanın qarşısının alınması istiqamətində gördüyü tədbirlər bütün dünya ölkələri üçün nümunə göstərilir”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib.
Onun sözlərinə görə, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha Azərbaycanın beynəlxalq miqyasda tutduğu mövqeni ortaya qoyur. A.Haxverdiyev bildirib ki, ölkəmizdə hələ COVİD-19 -a ilk yoluxma qeydə alındığı tarixdən etibarən mühüm təxirəsalınmaz tədbirlər görülüb, insanların sağlamlığının qorunması, sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Bunun nəticəsidir ki, Azərbaycanda koronavirusdan ölüm hallarının sayı digər ölkələrdən kəskin şəkildə azdır, eləcə də sosial cəhətdən həssas qruplar pandemiya ilə bağlı karantin dövründə dövlətin diqqət və qayğısı ilə təmin edilib: “Cənab Prezidentin şəxsi təşəbbüsü ilə ölkəmizdə yeni xəstəxanaların tikilməsi, o cümlədən modul tipli xəstəxanaların istifadəyə verilməsi infeksiyaya yoluxmuş xəstələrin sağalmasında əhəmiyyətli rol oynayır. Bununla yanaşı, bu gün ölkəmizdə bütün sahələr diqqət mərkəzindədir. Ötən 17 ilə yaxın müddət ərzində qaçqın və məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salınıb, minlərlə ailə yeni evlərə köçürülüb. Ötən il qaçqın və məcburi köçkünlər üçün 5 minə yaxın mənzil tikilib. Bütün bunlar olduqca böyük işlərdir. Bütün qaçqın və məcburi köçkün rayonların əhalisi, o cümlədən Qubadlı ictimaiyyəti Prezident İlham Əliyevin apardığı xarici və daxili siyasi kursu dəstəkləyir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlara göstərdiyi diqqət və qayğıdan çox razıdır. Biz əminik ki, dövlət başçımız, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda işğal altında olan torpaqlarımız azad ediləcək və qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

