Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası olub
13.06.2020 [09:44]
İyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin videokonfrans formatında geniş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin xilaskarı” mövzusuna həsr olunan iclasda Ümummilli Liderin tarixi xilaskarlıq missiyasından söhbət açılıb. Onlayn tədbirin gündəliyinə uyğun olaraq iclasda, həmçinin pandemiya dövründə YAP Səbail rayon təşkilatının fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan tarixində mühüm siyasi hadisə, dövlətçiliyin xilas edildiyi gün kimi qiymətləndirib. Şəmsəddin Hacıyev 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv amillərdən və həmin dövrdə baş verən mürəkkəb proseslərdən xronoloji ardıcıllıqla bəhs edib. Təşkilatın sədri yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışının Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Azərbaycanın əsl müstəqil inkişaf tarixin məhz 1993-cü il 15 iyun tarixindən başladığını vurğulayan deputat qeyd edib ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yüksəlişin daha yeni və müasir mərhələsinə qədəm qoyub.
Azərbaycanın dinamik inkişafının və milli təhlükəsizliyinin təmin olunması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasının və rifah halının yaxşılaşdırılmasının da Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan professor Şəmsəddin Hacıyev ölkəmizdə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan uğurlu mübarizənin bunun bariz göstəricisi olduğunu vurğulayıb. O, bu çətin günlərdə dövlətimizin başçısının Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunması məsələsinə böyük önəm verməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident yüksək diqqəti və şəxsi nümunəsi ilə cəmiyyətimizə bu amansız xəstəliyə qarşı uğurlu mübarizədə birlikdə qalib gəlməyin mümkünlüyünü açıq şəkildə nümayiş etdirir.
Onlayn iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, professor Elçin Əhmədov, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycan dövlətçiliyinin qorunmasında əhəmiyyətindən danışıblar.
Gənclər adından çıxış edən YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri Riyad Rüstəmli xalqımızın tarixinə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 iyun - Milli Qurtuluş Gününün tarixi önəminin hər bir gənc tərəfindən dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.
Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

