/ / YAP Pirallahı rayon təşkilatında Milli Qurtuluş Günü ilə əlaqədar videokonfrans formatında tədbir keçirilib
YAP Pirallahı rayon təşkilatında Milli Qurtuluş Günü ilə əlaqədar videokonfrans formatında tədbir keçirilib
13.06.2020 [09:43]
İyunun 12-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçən tədbiri açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında qeyd edib ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanıb, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulub. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Çünki Ümummilli Lider Heydər Əliyev 1993-cü il 15 iyun tarixində Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan danışmaq olmazdı.
“Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün öz aktuallığını qorumaqla birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir. Bu baxımdan Azərbaycanın müasir tarixinin iki önəmli hadisəsindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xüsusi vurğulanmalıdır”, - deyə Hikmət Şikarov vurğulayıb.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü İsmayıl Əliyev çıxış edərək qeyd edib ki, Azərbaycanın tarixində elə günlər var ki, həmin günlər xalqımızın gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcların əsasını qoyub. Tarixi hadisələrlə zəngin belə günlərdən biri 15 iyun 1993-cü il tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə, sadəcə, bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Vətənini, xalqını sevən, ö dövrün çətin, ağrılı günlərinin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün Milli Qurtuluş Günü çox dəyərli və əzizdir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov çıxışında vurğulayıb ki, milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycan nüfuzu günbəgün artır. Ötən 27 ildə siyasi, iqtisadi, sosial sahələrdə əldə etdiyi yüksək nailiyyətlərin, dövlətçilik prinsiplərinin demokratik əsaslar üzrə inkişaf etdirilməsi ilə Azərbaycan öz varlığını bütün dünyaya təsdiq edib.
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov çıxışında qeyd edib ki, Ümummilli Liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verib və dahi şəxsiyyətin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradılıb: “Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki, ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı. Belə çətin məqamda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu”.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 186 №-li orta məktəb ilk partiya təşkilatı sədrinin müavini Həcər Ramazanova da çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı mühüm roldan, tarix və dövlət qarşısındakı xidmətlərindən söhbət açıb.
Tədbirin sonunda YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü İsmayıl Əliyev toplantı iştirakçılarını bütün dünyanı lərzəyə salan pandemiya ilə mübarizədə xalqımızın sağlamlığı naminə ölkə başçısının verdiyi qərar və tapşırıqlara məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

