/ / YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans keçirilib
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans keçirilib
12.06.2020 [09:30]
İyunun 11-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans keçirilib. Videokonfransda giriş sözü ilə çıxış edən Milli Məclisin deputatı Ramin Məmmədov 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb.
Sonra YAP Gənclər Birliyinin Milli Qurtuluş Günü münasibətilə hazırladığı video-çarx nümayiş etdirilib.
Daha sonra konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə videokonfrans iştirakçılarını təbrik edib. Eldar İbrahimov bildirib ki, 15 İyun olmasaydı, nə Azərbaycan, nə də suveren dövlət olacaqdı. Onun sözlərinə görə, Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev. Tale elə gətirmişdir ki, 1992-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası” elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.
Onlayn konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna yer tutduğunu diqqətə çatdırdı. Arif Rəhimzadənin sözlərinə görə, Azərbaycanın tarixində çətin, gərgin anlar çox olub. Xalqımız ağır sınaqlarla üz-üzə qalıb. Müasir dövrümüzdə isə belə çətin məqamlardan biri SSRİ-nin süqutu ərəfəsində Azərbaycan torpaqlarının işğal olunması, respublika daxilində siyasi böhranın hökm sürməsi idi. 1991-ci ildə müstəqilliymiz elan olunsa da, onun taleyi sual altında idi. Məhz belə bir zamanda xalqımız problemlərdən yeganə çıxış yolunu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında partiyanın 550 nəfərdən ibarət ilk təsis konfransı keçirildi. Artıq iqtidarda olan Xalq Cəbhəsi başa düşürdü ki, hakmiyyəti idarə etmək iqtidarında deyil. Ona görə də, Heydər Əliyevi Bakıya dəvət etdilər. Rəhbər üçün qərar qəbul etmək çox vacib xüsusiyyətdir. Ancaq o vaxtkı hakimiyyətdə olanlar bu xüsusiyyətdən çox uzaqda idilər. 1993-cü il iyunun 15-də parlamentin sessiyası keçirildi və Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Milli Məclisdə olanlar yaxşı başa düşürdülər ki, ölkədə yaranmış çox ağır və çətin vəziyyəti məhz Ulu Öndər Heydər Əliyev aradan qaldıra bilər. Onu da başa düşürdülər ki, Azərbaycanın bu günü və gələcəyi məhz Heydər Əliyevin apardığı düzgün siyasətlə bağlıdır. Beləliklə də, Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə qayıdışı Azərbaycan xalqının, Azərbaycan dövlətinin qurtuluşu oldu.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Arif Rəhimzadə həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonda natiqlər gənclərə uğurlar arzulayıb və əminliklə bildirib ki, 15 İyun Milli Qurtuluş Günü növbəti illərdə ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

