Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının ilk konfransı keçirilib
20.02.2020 [09:48]
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının ilk konfransı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan akademik Ramiz Mehdiyev konfransın keçirilməsində məqsədin YAP AMEA ərazi təşkilatının İdarə Heyətinin üzvləri, sədri və müavinlərinin seçilməsindən ibarət olduğunu söyləyib.
Akademik Ramiz Mehdiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş partiyanın müstəqil dövlətimizin qurulması və möhkəmlənməsində, ölkəmizin sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib, AMEA-da da ərazi təşkilatlarının yaradılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. AMEA-nın demək olar ki, bütün elmi müəssisələrində YAP ərazi partiya təşkilatlarının fəaliyyət göstərdiyini deyən akademik Ramiz Mehdiyev bunun akademiya kollektivinin, alimlərin ölkə başçısı İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisi olduğunu vurğulayıb.
Sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək konfransın təşkilinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, ölkəmizdə ən qabaqcıl partiyalardan biri olan YAP 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və tanınmış ziyalıların iştirakı ilə yaradılıb. Təsis olunduğu vaxt cəmi beş yüz üzvü olan partiyanın sıralarında bu gün səkkiz yüz min nəfər cəmləşib. Bir neçə il əvvəl AMEA əməkdaşlarının cəmi altı faizi YAP-ın üzvü olub. Hazırda akademiya əməkdaşlarının 21 faizi partiyanın üzvüdür. YAP AMEA-nın regionlarda fəaliyyət göstərən qurumlarında da təmsil olunur. Qarşıda duran işlər haqqında məlumat verən Tağı Əhmədov AMEA ilə əlaqələrin daha da genişləndiriləcəyinə, partiya üzvü olan Akademiya əməkdaşlarının sayının daha da artacağına inamını ifadə edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-da YAP ərazi partiya təşkilatlarının yaradılmasına 2013-cü ildən başlandığını bildirib. Qeyd edib ki, həmin vaxt akademiya əməkdaşlarının çox az hissəsi partiya üzvü olub. Son dövrlər AMEA-da bu göstəricinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, bir sıra elmi müəssisələrdə ərazi təşkilatları yaradılıb. O, akademik Ramiz Mehdiyevin AMEA prezidenti seçildikdən sonra bu işlərin daha da sürətləndiyini və bütün müəssisələrdə ərazi təşkilatlarının fəaliyyət göstərdiyini deyib. Bir ay əvvəl AMEA Rəyasət Heyəti ərazi təşkilatının təsis olunduğunu deyən akademiki İsa Həbibbəyli qısa müddətdə onlarla əməkdaşın partiya üzvü olmaq üçün müraciət etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-da YAP ərazi təşkilatının ilk konfransının keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib. Vurğulayıb ki, bu, akademiya kollektivinin bir araya gəlməsinə, dövlətçilik, azərbaycançılıq naminə daha da səylə çalışmasına böyük töhfə verəcəkdir.
Tədbirdə AMEA-nın elmi müəssisələri üzrə ərazi təşkilatlarının sədrləri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
Daha sonra səsvermə yolu ilə YAP AMEA ərazi təşkilatının İdarə Heyətinin 15 nəfərdən ibarət tərkibi seçilib. Namizədlikləri irəli sürülən biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova səs çoxluğu ilə təşkilatın sədri seçilib. Fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova isə sədr müavinləri seçiliblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

