Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müşviq Məmmədovun seçicilərlə görüşləri davam edir

Müşviq Məmmədovun seçicilərlə görüşləri davam edir

04.02.2020 [09:47]

Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşviq Məmmədovun seçicilərlə görüşləri davam edir. Növbəti görüşlər Xızı rayonunun Şurabad kəndində və Sumqayıt şəhərinin Birləşmiş məhəlləsində keçirilib.
Görüşdə çıxış edən namizədin vəkilləri qarşıdan gələn parlament seçkiləri haqqında geniş məlumat veriblər. Bildirilib ki, xalqımız ölkəmizdə aparılan dərinməzmunlu islahatları dəstəkləyir.
Çıxış edən deputatlığa namizəd M.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. M.Məmmədov seçicilərin ona etimad göstərəcəyi təqdirdə bu etimadı doğruldacağına söz verib və görüşə gələn hər bir seçiciyə minnətdarlığını bildirib.
Sonda vətəndaşlar tərəfindən səsləndirilən təklif və müraciətlər dinlənilib.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31