/ / YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Babək rayonunun Vayxır, Xal-Xal və Nəcəfalıdizə kəndlərində seçicilərlə görüşlər keçirib
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Babək rayonunun Vayxır, Xal-Xal və Nəcəfalıdizə kəndlərində seçicilərlə görüşlər keçirib
31.01.2020 [10:15]
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş Babək rayonunun Vayxır, Xal-Xal və Nəcəfalıdizə kəndlərində keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının sədri İsa Məmmədov Siyavuş Novruzovun ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. İ.Məmmədov Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən bəhs edərək seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Siyavuş Novruzov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyasının bütün seçkilərin aşkar favoriti olduğunu deyib. O, seçicilərin keçirilən görüşlərə böyük ruh yüksəkliyi ilə qatılmalarının təsadüfi olmadığını bildirərək “Bu, vətəndaşların Yeni Azərbaycan Partiyasına olan böyük inam və etimadının bariz nümunəsidir. İnsanlar Prezident İlham Əliyevin muxtar respublikaya daim böyük diqqət göstərməsini olduqca yüksək qiymətləndirirlər. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə görülmüş işlər əhalinin rifah halının daha da yaxşılaşmasını, sosial müdafiə və təminat sisteminin güclənməsini, sosialyönümlü iqtisadiyyatın inkişafını təmin edib. Digər tərəfdən, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, bir çox sahələrdə davamlı inkişaf göstəricilərinin qeydə alınması Naxçıvan Muxtar Respublikasının tərəqqi yolunda olduğunu göstərir. Babək rayonu və onun bütün kəndlərində də həyata keçirilən abadlıq-quruculuq işləri, yüksək infrastruktur təminatının yaradılması insanların layiqli həyat şəraitinin təmin olunmasını mümkün edib”, - deyə vurğulayıb.
Yeni Azərbaycan Partiyasının seçki proqramından bəhs edən Siyavuş Novruzov ötən 5 ildə görülmüş işlərin ölkəmizin qüdrətinin artmasını təmin etdiyini deyib. O, daha güclü Azərbaycan naminə YAP-ın 10 addım paketi haqqında məlumat verərək qarşıdakı dövrdə dayanıqlı iqtisadi inkişafın davam etdirilməsinin, sahibkarlığın gücləndirilməsinin, təhsilin səviyyəsinin artırılmasının, əhalinin rifahının daha da yaxşılaşdırılmasının, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının, ərazi bütövlüyümüzün bərpa olunması yönündə fəaliyyətin davam etdirilməsinin və digər istiqamətlərin başlıca vəzifələr kimi müəyyən edildiyini diqqətə çatdırıb. S.Novruzov seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşlər zamanı seçicilərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər xalqın etimadını doğrultmuş YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

