Deputatlığa namizəd Ağalar Vəliyev seçicilərlə növbəti görüşlərini keçirib
31.01.2020 [10:12]
Yeni Azərbaycan Partiyasının (YAP) 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə deputatlığa namizədi Ağalar Vəliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini Yevlax şəhərində müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə və bəhs olunan dairənin Ağdam rayonunu əhatə edən məntəqlərinin seçiciləri ilə keçirib.
Görüşlərdə deputatlığa namizəd Ağalar Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə ardıcıllıqla həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərinməzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsi ilə nəticələnib. Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. “Dövlət başçısı hələ 2018-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində ölkəmizdə böyük islahatlara başlanacağının anonsunu vermişdi. 2019-cu ilin əvvəlindən etibarən Prezident İlham Əliyevin imzaladığı çoxsaylı Fərman və sərəncamlar əsasında aktiv şəkildə islahatların reallaşdırılmasına başlanıldı. Ötən il aparılan dərinməzmunlu sosial islahatlar iki mərhələdə həyata keçirildi və bundan 4,2 milyon insan faydalandı. Qeyd olunan islahatlar çərçivəsində müavinətlərin, əməkhaqlarının və pensiyaların artırılması xüsusilə təqdirəlayiq haldır. Bu, ona dəlalət edir ki, respublikamızda ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan hər kəs dövlət tərəfindən dəstəklənir”, - deyə A.Vəliyev vurğulayıb.
Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük inam bəslədiklərini bildiriblər. Çıxışlarda vurğulanıb ki, Ağalar Vəliyev əvvəllər də parlamentdə təmsil olunarkən seçiciləri ilə daim sıx ünsiyyət qurub, onları narahat edən məsələləri müvafiq qurumların nəzərinə çatdıraraq həllinə nail olub. Seçicilər qarşıdan gələn seçkilərdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə deputatlığa namizəd Ağalar Vəliyevə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19

