Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd İlham Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonu Yeni Çobankərə kəndində olub

Deputatlığa namizəd İlham Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonu Yeni Çobankərə kəndində olub

31.01.2020 [10:00]

Yeni Azərbaycan Partiyasından (YAP) 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonu Yeni Çobankərə kəndində olub.
Torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuş İmran Əsgərovun ata yurdunda qonaq olan deputatlığa namizəd şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, onların fikir və arzularını dinləyib. İlham Məmmədov bildirib ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaqlar. İlham Məmmədov həmçinin öz seçki platforması haqqında da danışaraq, Yeni Azərbaycan Partiyasının bütün namizədlərinin Milli Məclisdə təmsil olunmağa layiq olduqlarını bildirib.
Şəhidin qardaşı Mahmud Əsgərov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib. O, 9 fevralda keçiriləcək parlament seçkilərində özünün, ailə üzvlərinin və kəndin əksər seçicilərinin seçiminin yalnız Yeni Azərbaycan Partiyasının namizədi olacağını deyib.

Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31