Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd Vüqar İskəndərov Şəkinin Baltalı kəndində seçicilərlə görüşüb

Deputatlığa namizəd Vüqar İskəndərov Şəkinin Baltalı kəndində seçicilərlə görüşüb

30.01.2020 [09:38]

113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Vüqar İskəndərovun seçicilərlə görüşü davam edir. Növbəti görüş isə rayonun Baltalı kəndində sakinlərlə olub.
Görüşdə çıxış edən Vüqar İskəndərov ölkə rəhbərinin təşəbbüsü ilə regionların sosial iqtisadi inkişafı üçün aparılan islahatlardan və bu proqramın uğurla həyata keçirilməsindən söhbət açıb. O, əldə edilən uğurlardan Şəkiyə də pay düşdüyünü deyib.
Daha sonra Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verən Vüqar İskəndərov seçiciləri seçkilərdə fəallıq göstərərək daha güclü Azərbaycan naminə inkişafın və tərəqqinin davamlı olmasına səs verməyə çağırıb.
Görüşdə çıxış edən sakinlər kəndin inkişafı ilə bağlı bir neçə məsələləri namizədin diqqətinə çatdırıblar. Çıxışlarda seçicilər həmçinin fevralın 9-da YAP-ın namizədi V.İskəndərovu dəstəkləyəcəklərini vurğulayıblar.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31