Hicran Hüseynova Sumqayıt şəhəri 10 və 12-ci mikrorayon sakinləri ilə görüşüb
30.01.2020 [09:38]
Yeni Azərbaycan Partiyasının (YAP) 41 saylı Sumqayıt birinci seçki dairəsindən parlament seçkilərindəki namizədi Hicran Hüseynovanın Sumqayıt şəhəri 10 və 12-ci mikrorayon sakinləri ilə növbəti görüşü keçirilib.
Tədbirdə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Hicran Hüseynovanın milli və vətənpərvər bir ailədə böyüdüyünü qeyd edib. O vurğulayıb ki, Hicran Hüseynova həmişə vətəndaşların arasındadır, ailələrlə görüşür, onların problemləri ilə maraqlanır. Fərhad Bədəlbəyli həmçinin qeyd edib ki, Hicran Hüseynova ölkədə qadın hüquqlarının müdafiə olunmasında fəal iştirak edib, onların qarşılaşdıqları çətinlikləri daha yaxşı bilir. Hicran Hüseynova istər ölkəmizdə, istərsə də ölkədən kənarda iştirak etdiyi bəynəlxalq səviyyəli hər bir konfransda Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətini pisləyib və onun acı nəticələri barəsində ətraflı məlumatlar verib.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev görüşdə iştirak edən seçiciləri öz layiqli namizədinə səs verməyə çağırıb. Çingiz Abdullayev Hicran Hüseynovanın fəaliyyətinə nəzər salaraq qeyd edib ki, o, gənclərin, xüsusilə də qızların təhsil alması, onların özünü inkişaf etdirmələri üçün çox böyük və ardıcıl işlər görüb, hər zaman onlara dəstək olub.
Daha sonra çıxış edən Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi və sosial islahatlar hər bir ailəni, əsasən də qadınları və uşaqları, xüsusi risk qrupuna daxil olan vətəndaşları, o cümlədən qaçqın və məcburi kökçünləri əhatə edir. Bütün bunlar, əlbəttə ki, xalqımız tərəfindən xüsusi rəğbətlə qarşılanır. H.Hüseynova hər bir seçicinin vəkili olmağı özü üçün böyük şərəf və qürur sayacağını dilə gətirib və ona etimad göstəriləcəyi təqdirdə mütəmadi olaraq seçicilərlə birlikdə olacağını söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

