/ / 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
26.01.2020 [09:32]
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlunun seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə ilk olaraq çıxış edən YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının sədri Təmraz Tağıyev parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, görüş iştirakçılarına deputatlığa namizəd Hikmət Babaoğlu haqqında geniş məlumat verib.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu parlament seçkilərinin əhəmiyyətindən bəhs edib və diqqətə çatdırıb ki, ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir: “Ümumxalq partiyası olan, Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı kimi xarakterizə olunan Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə gedir. Burada məqsəd indiyə kimi qazanılan uğurları daha da artırmaq, müstəqil dövlətimizi bütün sahələr üzrə daha da gücləndirməkdir. Partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasəti nəticəsində bu məqsədlərə doğru inamla gedirik. “Daha güclü Azərbaycan naminə!” deyəndə partiyamız bu məqamları, xüsusilə milli və dövlət maraqlarımızın tələb etdiyi bütün hədəfləri nəzərdə tutur. Ona görə də YAP artıq yeni inkişaf mərhələsində “Daha güclü Azərbaycan naminə!” şüarını yeni Azərbaycanımızın ən yeni tezisi kimi müəyyənləşdirib”.
Hikmət Babaoğlu həmçinin seçicilərə millət vəkili kimi gördüyü işlər, özünün ictimai-siyasi, elmi fəaliyyəti haqqında da məlumat verib. O qeyd edib ki, millət vəkili kimi fəaliyyəti ərzində vətəndaşlar tərəfindən ünvanımıza 118 şifahi və 97 yazılı müraciət daxil olub. Qeydə alınan 215 müraciətdən 100 müraciət tam olaraq həllini tapıb, 60 müraciət qismən təmin edilib, 40 müraciət aidiyyəti qurumlara göndərilib və yerdə qalan müraciətlərlə bağlı lazımi izahatlar verilib. “Seçki bir demokratiya yarışıdır. Mən inanıram ki, sizlər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəksiniz. Sizin qaldırdığınız məsələləri kimliyindən asılı olmayaraq, yalnız YAP kimi böyük nüfuza malik partiyanın nümayəndəsi həll edə bilər. Sizi 9 fevral seçkilərində fəal olmağa çağırıram və əgər mənə etimad göstərsəniz, parlamentdə yenə də sizin layiqli təmsilçiniz olacağam”.
Görüşdə digər çıxış edənlər ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitlik hər bir vətəndaşda qürur və məmnunluq hissi doğurur, məhz buna görə də ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir.
Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

