Sumqayıt seçicilərinin seçimi YAP-ın namizədləridir
25.01.2020 [10:26]
Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərində irəli sürdüyü namizədlərin seçicilərlə görüşləri davam edir. Partiyanın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişili növbəti görüşünü qadın seçicilərlə keçirib. Görüşdə çıxış edən namizədin vəkili Şakir Abışov YAP-ın namizədi Tahir Mirkişili haqqında seçicilərə geniş məlumat verib. Bildirib ki, Sumqayıt şəhəri hər zaman siyasi aktivliyi ilə seçilib və dövlətçiliyimizin inkişafında xüsusi yerə malik olub. Şəhər seçicilərinin birmənalı olaraq YAP-ın namizədlərini dəstəklədiyini xüsusi vurğulayan natiq bunun həmin şəxslərin yüksək bacarıqlı və öz vəzifələrinə məsuliyyətlə yanaşan insanlar olmasından irəli gəldiyini deyib. Daha sonra çıxış edən T.Mirkişilinin seçki prosesindəki vəkilləri seçiciləri YAP-ın irəli sürdüyü namizədlərə səs verməyə çağırıblar.
Çıxış edən YAP-ın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədi Tahir Mirkişili ölkəmizdə gedən dinamik inkişafdan və islahatlardan bəhs açıb: “Ölkəmizdə insanların hazırkı iqtidara olan dərin inamını və rəğbətini şərtləndirən kifayət qədər mühüm əsaslar var. Eyni zamanda seçicilər bütün seçkilərdə YAP-ın namizədlərini dəstəkləyib, onlara etimad göstəriblər. Əminəm ki, bu seçkilərdə də xalqımız “Daha güclü Azərbaycan naminə” YAP-ın namizədlərinə dəstək verəcək”.
Tədbirdə çıxış edən seçicilər də fevralın 9-da YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

