/ / 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun seçicilərlə görüşü olub
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun seçicilərlə görüşü olub
23.01.2020 [11:08]
Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində YAP tərəfindən irəli sürülmüş deputatlığa namizədlər Naxçıvan Muxtar Respublikası ərazisində də seçicilərlə fəal görüşlər keçirirlər.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının muxtar respublika üzrə irəli sürdüyü deputatlığa namizədlər müasir müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Yanvarın 21-də isə 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzovun Şahbuz rayonunun Ayrınc, Kükü, Qızıl Qışlaq, Güney Qışlaq, Ağbulaq və Gömür kəndlərində seçicilərlə görüşü olub.
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Azərbaycanın çox mühüm siyasi hadisə ərəfəsində olduğunu - fevralın 9-da ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının seçkilərə qətiyyətli qələbə əzmi və böyük ruh yüksəkliyi ilə qatıldığını söyləyən S.Novruzov “Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin, şərəfli inkişaf yolu keçmiş YAP qatıldığı bütün seçkilərdə seçicilərin böyük etimadı əsasında inamlı qələbə qazanıb. Təsadüfi deyil ki, Azərbaycanda, hətta Cənubi Qafqaz regionunda ən güclü və nüfuzlu siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi tanınır”, - deyə vurğulayıb.
Ölkəmizdə Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi əsasında bütün sahələri əhatə edən genişmiqyaslı, sistemli və kompleks xarakterli islahatların həyata keçirildiyini deyən Siyavuş Novruzov respublikamızın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etdiyini, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu bildirib. O, “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət iqtisadi inkişafın davamlı xarakter daşımasını, əhalinin rifahının daha da yaxşılaşmasını, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini, nüfuzunun artmasını təmin edib”, - deyib.
Naxçıvan Muxtar Respublikasının ötən müddət ərzində dinamik tərəqqi yolu keçdiyini deyən S.Novruzov Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına daim böyük diqqət göstərdiyini vurğulayıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən islahat xarakterli tədbirlərin uğurlu nəticələri göz önündədir. Muxtar respublikada yeni istehsal sahələri yaradılır, əhalinin məşğulluq səviyyəsi daim artır, sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsinə xidmət edən çox əhəmiyyətli işlər görülür. Muxtar respublika ərazisində, o cümlədən Şahbuz rayonunda və onun bütün kəndlərində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, təhsil müəssisələri, sağlamlıq ocaqları müasir standartlar əsasında tikilib və ya əsaslı təmir olunub, yüksək infrastruktur quruculuğu həyata keçirilib, fasiləsiz elektrik, qaz və su təminatı yaradılıb. Bütün bunlar Naxçıvan Muxtar Respublikasının, o cümlədən Şahbuz rayonunun sakinlərinin layiqli həyat şəraitinin təmin olunmasını şərtləndirib. Bütövlükdə, Naxçıvan yeni intibah və inkişaf yolunda əmin addımlarla irəliləyir, gündən-günə daha da gözəlləşir”, - deyən Siyavuş Novruzov muxtar respublika sakinlərini parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər öz fəaliyyətində xalqın mənafeyini və dövlətin maraqlarını rəhbər tutan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

