Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüblər
12.12.2019 [09:43]
23 dekabr bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayan Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı partiyanın bələdiyyələrə namizədlərinin seçicilərlə görüşlərini davam etdirir. Növbəti belə görüş Gəncə Dövlət Dram Teatrında keçirilib. YAP tərəfindən irəli sürülmüş Gəncə şəhər Nizami bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşündə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən xalqın partiyası olduğunu, müstəqil, müasir Azərbaycanın inkişafı, tərəqqisi yolunda əzmlə çalışdığını diqqətə çatdırıb. Partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların xalqın yaşayış səviyyəsinin daha da yüksəldilməsinə xidmət etdiyini vurğulayan Naqif Həmzəyev ölkəmizdə həyata keçirilən siyasətin cəmiyyətimizdə demokratik ənənələri daha da möhkəmləndirdiyini bildirib.
Millət vəkili Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının ali məqsədindən - dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizdə bütün sahələrin dinamik inkişaf etdirilməsi, əhalinin rifah halının durmadan yüksəldilməsi yolundakı fəaliyyətindən bəhs edib. Qeyd edib ki, həyata keçirilən proqramların nəticəsidir ki, ölkə vətəndaşları hər zaman Prezident İlham Əliyevin Sədri olduğu siyasi təşkilata böyük etimad göstərib, ruh yüksəkliyi ilə partiyanın sıralarında təmsil olunublar. Xalqın 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.
Təbliğat-təşviqat qrupunun üzvləri Həsənbala Sadıqov və Hüseyn Bəxtiyarov çıxış edərək seçkilərin yüksək səviyyədə, tam demokratik şəraitdə keçiriləcəyini bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər Zülfiyyə Həsənova və Şəfa Musayeva çıxış edərək platformaları barədə seçicilərə ətraflı məlumat verib, bələdiyyə üzvü seçiləcəkləri təqdirdə onlara göstərilən etimadı doğrultmağa çalışaçaqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

