YAP Qadınlar Şurasının təşəbbüsü ilə Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
11.12.2019 [09:59]
Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşəbbüsü ilə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib. Şəmkir rayon Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova, Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, Milli Məclisin deputatı Sona Əliyeva, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən qadınlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Şəmkir Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə tər gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini yad ediblər.
Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq, rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.
Çıxış edən Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova bildirib ki, bələdiyyələr ölkəmizdə nisbətən gənc qurumlar olsa da, xüsusilə son dövrlər bu təsisatların rolu və fəaliyyəti əsaslı şəkildə genişlənib. “Şübhəsiz ki, biz bu seçkilərdən sonra bələdiyyələrin də fəaliyyətində yeni bir mərhələnin başlanacağını müşahidə edəcəyik. Çünki son dövrlər ölkəmizdə çox genişmiqyaslı islahatlar həyata keçirilir”, - deyən millət vəkili bu islahatlar haqqında geniş məlumat verib. Sahibə Qafarova deyib ki, bu gün Azərbaycanın siyasi arenasında Prezident İlham Əliyevə və Sədri olduğu YAP-a alternativ ola biləcək qüvvə yoxdur. Qarşıdan gələn seçkilərdə də partiyamızın növbəti möhtəşəm qələbə qazanacağına şübhə yoxdur.
Sonra çıxış edən Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə Azərbaycanda seçki prosesində də qadınların rolunun əvəzsiz olduğunu söyləyib. Millət vəkili qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun prosesə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva respublikamızda dövlət qadın siyasəti barədə danışıb, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də qadın namizədlərin sayının kifayət qədər çox olduğunu və eyni zamanda, YAP-ın namizədlərinin xalqımız tərəfindən dəstəklənəcəyini qeyd edib.
Çıxış edən rayon seçicilərindən Südabə Vəliyeva, İlhamə İbrahimova, Elnarə Rəsulova və digərləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Sonda YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırladığı “Xalq üçün” adlı vidoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

