/ / YAP İcra Katibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib
YAP İcra Katibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib
06.12.2019 [09:45]
Fuad Muradov: Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər
Dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib. F.Muradov bildirib ki, Dövlət Komitəsi dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Bu məsələlər Dövlət Komitəsinin hazırladığı Strateji Yol Xəritəsinə əsasən həyata keçirilir.
“Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq, hər bir soydaşımız müstəqil qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikrinə uyğun olaraq Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısını hiss etsin. Dövlət Komitəsinin əsasnaməsi ilə qarşıya qoyulan vəzifələr var. Bu vəzifələrə və dövlət başçımızın tapşırıqlarına uyğun olaraq ardıcıl fəaliyyət göstəririk. Bu yolda Azərbaycan Prezidenti İlham Əliyevin, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir”, - deyə F.Muradov vurğulayıb.
Bu ilin sonuna qədər 10 ölkədə, gələn il isə 8 ölkədə Azərbaycan Evi fəaliyyətə başlayacaq
Görülən işlər haqqında slaydlarla geniş məlumat verən F.Muradov söyləyib ki, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir. Bu günədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-si maliyyələşdirilib.
Eyni zamanda, ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub. Bundan başqa, 22-28 avqust 2018-ci il tarixində Şəki şəhərində “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilib. Düşərgədə 37 ölkədən 140 gənc iştirak edib. 8-14 iyul tarixlərində Diaspor Gənclərinin “Nəsimi 650” adlı II Yay düşərgəsi olub. Düşərgədə 51 ölkədən 110 gənc iştirak edib. Eləcə də Komitənin nümayəndə heyətinin xarici səfərləri 31 ölkəni və 43 şəhəri əhatə edib.
Komitə sədri onu da qeyd edib ki, xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb. Belə ki, bu ilin sonuna qədər 10 ölkədə Azərbaycan Evi fəaliyyətə başlayacaq. Gələn il daha 8 ölkədə Azərbaycan Evi yaradılacaq. “Biz xaricdə olan “Azərbaycan evləri”ni, Qarabağ məktəblərini bir çətir altında birləşdirməyi hədəfləmişik”, - deyən F.Muradov söyləyib ki, bu proses gələcəkdə də davam etdiriləcək.
“Bundan başqa, “Azərbaycan alimləri diasporu” informasiya sistemi (http://www.elmidiaspora.az/) yaradılıb. Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi, “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır. “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi, demək olar ki, artıq hazırdır. Qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra bu yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Onu da qeyd edim ki, qanun layihəsi hazırlanan zaman beynəlxalq və bir neçə ölkənin təcrübəsi öyrənilib”, - deyə F.Muradov vurğulayıb.
F.Muradovun sözlərinə görə, Komitənin internet televiziyası Diaspor TV, internet radiosu Diaspor FM yaradılıb. Həmçinin İctimai Televiziya ilə birgə layihə çərçivəsində ayda 2 dəfə “Vətən uzaqda deyil” adlı verilişi yayımlanır.
Komitə sədri onu da deyib ki, Türkiyə Respublikasında müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlər başlanıb. Bandan əlavə, Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri açılıb. Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib. “Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bioqrafiyalarının toplandığı və davamlı olaraq təkmilləşdirilən www.azerbaycan.li internet ünvanı qurulub. İlk dəfə olaraq infoqrafik diaspor xəritəsi (http://www.diasporamap.com/) yaradılaraq açıq istifadəyə təqdim edilib. Hal-hazırda xəritədə 48 ölkədən 538 təşkilat haqqında informasiya yerləşdirilib”, - deyən F.Muradov əlavə edib ki, Dövlət Komitəsinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən yeni saytı yaradılıb. Bununla yanaşı, “Azərbaycan Diaspor Könüllüləri” Proqramına başlanılıb, könüllülər konkret proqram üzrə təlim və işlərə cəlb ediliblər.
Gürcüstanda azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı var
Daha sonra jurnalistlərin suallarını cavablandıran F.Muradov deyib ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcud olduğunu və hansı işlərin görülməsini bilirik: “Dövlət Komitəsi və Təhsil Nazirliyi, həmçinin digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub. Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il də bu dərsliklərin sayı artırılır. Bu gün orada bəzi çatışmazlıqlar var və biz onları müzakirə edirik. Bu, əsasən müəllimlərin yaşlanması ilə bağlıdır. Müəllimlərin yaşlanması ilə bağlı müəyyən azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı var”.
O qeyd edib ki, komitənin sifarişi ilə xaricdə yaşayanlar üçün Azərbaycan dili dərsliyi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub: “Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması ilə bağlı razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur”.
Xaricdəki bəzi diaspor təşkilatları arasındakı problemlərə də münasibət bildirən F.Muradov deyib ki, təşkilarların fəaliyyəti hər hansı şəxsə bağlı olmamalıdır. Çünki bu, milli məsələdir. O, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının sədrləri arasındakı narazılığın səbəblərindən danışıb: “Diaspor təşkilatları yenilənməyə getməlidirlər. Bu, problemin bir tərəfidir. Üstəlik kimsə kimsədən nə zamansa küsübsə, indi həmin küsülülər düşmənçilik səviyyəsinə qalxmamalıdır. Çünki biz ümummilli məsələlər ətrafında birləşməliyik. Bizim bu məsələdə töhfəmiz odur ki, birlik yaratmaq üçün təşəbbüs göstərək. Əgər birlik olacaqsa, dövlət onlara lazımi dəstəyi göstərəcək. Amma birlik olmayacaqsa, həmin xarici ölkələrdəki diaspor sədrlərinə sözümüz odur ki, gələcəkdə nə edəcəyinizi özünüz düşünün”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

