YAP Gənclər Birliyinin təşəbbüsü ilə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
30.11.2019 [10:03]
Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
Görüşü açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb. S.Orucov bildirib ki, YAP Gənclər Birliyi aktual məsələrlə bağlı müxtəlif layihələr həyata keçirir. Onun sözlərinə görə, belə layihələrdən biri də ölkəmizin tanınmış şəxsləri ilə gənclərin görüşünün təşkil olunmasıdır. S.Orucov deyib ki, gənclərin budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevdir. YAP Gənclər Birliyinin sədri söyləyib ki, Çingiz Abdullayev dünya şöhrətli yazıçıdır və onun əsərləri bir çox dillərə tərcümə olunaraq ayrı-ayrı ölkələrdə böyük maraqla oxunur. S.Orucov gənclərlə görüşü qəbul etdiyi üçün Ç.Abdullayevə təşəkkürünü bildirib və bu görüşdə gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib.
Çıxış edən Ç.Abdullayev gənclərlə mütəmadi olaraq görüşdüyünü qeyd edib. O, gənclərə ilk növbədə yaxşı təhsil almağı, bilikli olmağı tövsiyə edib: “Bu gün gənc nəsil çox kitab oxumalı, mütaliə ilə məşğul olmalıdır. Hər bir ölkənin gələcəyi, sabahı, siyasəti, iqtisadiyyatı onun savadlı, intellektual gənclərindən asılıdır. Özümüzü, ölkəmizi, dövlətimizi inkişaf etdirmək və beynəlxalq arenada təmsil etmək üçün ilk növbədə savadlı olmalıyıq”.
Xalq yazıçısı qeyd edib ki, bir yazıçının ən böyük nailiyyəti, şöhrəti kitablarının geniş oxucu kütləsi tərəfindən qəbul olunması və sevilməsidir: “Bu gün bu nailliyyəti əldə etdiyimə, qazandığıma görə xoşbəxtəm. Əsərlərim, hətta istər ölkəmizdə, istərsə də xaricdə cəmiyyətdə öz sözünü demiş, tanınan simalar tərəfindən oxunur və sevilir”.
Ç.Abdullayev deyib ki, kitabların ərsəyə gəlməsində böyük əmək sərf etməsəydi, kitabları geniş oxucu marağına səbəb olmazdı. Onun sözlərinə görə, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan Ç.Abdullayev bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib. “Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır”, - deyə dünya şöhrətli yazıçı vurğulayıb.
Səmimi şəraitdə keçən görüşdə Ç.Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

