/ / YAP İcra Katibliyində Dövlət Bayrağı Gününə həsr olunmuş “Hər rəngində mən varam” adlı sənədli filmin təqdimat mərasimi keçirilib
YAP İcra Katibliyində Dövlət Bayrağı Gününə həsr olunmuş “Hər rəngində mən varam” adlı sənədli filmin təqdimat mərasimi keçirilib
09.11.2019 [10:21]
Noyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Gənclər Birliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Hər rəngində mən varam” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Onun sözlərinə görə, bir millətin dövləti varsa, bayrağı da var. Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir.
“Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məfhumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış edib”, - deyən S.Orucovun sözlərinə görə, üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ucaldılıb. Amma Cümhuriyyət cəmi 23 ay yaşaya bildi.
YAP Gənclər Birliyinin sədri deyib ki, ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə qovuşdu və üçrəngli bayrağımız da yenidən Dövlət bayrağı kimi təsbit edildi. Qeyd edib ki, 1990-cı il noyabr ayının 17-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı elan olundu. Sonra bu bayraq müstəqil dövlətimizin atributu kimi qəbul edildi. S.Orucovun sözlərinə görə, Prezident İlham Əliyevin qərarı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. Bu gün üçrəngli bayrağımız bütün beynəlxalq təşkilatların qarşısında dalğalanır və hər bir vətəndaş bununla qürur duyur. “Azərbaycan cəmiyyəti, xüsusilə gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Çünki bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
Tədbirdə həmçinin Azərbaycan bayrağına həsr olunmuş şeirlər səsləndirilib.
Sonra “Hər rəngində mən varam” filmi nümayiş olunub. Qeyd edək ki, film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

