YAP İcra Katibliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbir keçirilib
02.11.2019 [10:00]
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının üzvləri bir gündə 650 min ağacın əkilməsi aksiyasında fəal iştirak edəcəklər
Noyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbir keçirilib.
YAP Gənclər Birliyinin fəallarının iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri müzakirə olunub.
Çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünün xalqımız tərəfindən yüksək dəyərləndirildiyini bildirib. S.Novruzov qeyd edib ki, YAP Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə fəaliyyət proqramı əsasında müxtəlif layihələr həyata keçirir. Böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə keçiriləcək ağacəkmə kampaniyasında da hər iki təşkilat əməkdaşlıq edəcək.
Yeni Azərbaycan Partiyasının hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə aksiyası keçirdiyini deyən S.Novruzov partiyamızın mütəmadi olaraq müxtəlif sosial, iqtisadi və humanitar xarakterli layihələr reallaşdırdığını söyləyib. O, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən “700 min ağac əkək!” kampaniyasının da bütün respublika ərazisində uğurla baş tutduğunu xatırladıb.
S.Novruzov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağacın əkilməsi aksiyasında da partiya üzvlərinin fəal iştirak edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin ağacların əkilməsindən sonra onlara qulluğun göstərilməsi partiyanın diqqətində olacaq. Və bütün bu işlərdə YAP-ın gənc fəalları yaxından iştirak edəcəklər.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev bildirib ki, artıq bir gündə 650 min ağacın əkilməsi üçün ərazilər müəyyənləşib. Bu prosesə rəmzi olaraq Şamaxı rayonundan başlanacaq.
F.Əliyev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim xoşməramlı, xeyirxah təşəbbüslərlə çıxış etdiyini deyib və bu təşəbbüslərin cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılandığını söyləyib. Nazir müavini, həmçinin Yeni Azərbaycan Partiyasının da hər zaman ekologiya və ətraf mühitin qorunmasına töhfələr verdiyini diqqətə çatdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

