Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yaranmasından 26 il ötür
26.07.2019 [08:13]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Rayon təşkilatının Şura üzvləri, həmçinin Gənclər Birliyinin, Qadınlar Şurasının, Nəzarət-Təftiş Qrupunun üzvlərinin, ərazi ilk partiya təşkilat sədrləri və yerli mətbuatın nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Ramiz Şabanov qurumun 26 illik fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən tərtərlilər partiya sıralarına həvəslə daxil olurlar: “1993-cü il iyulun 25-də yaradılan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının hazırda 6489 nəfər üzvü var. Partiya üzvlərindən 3489 nəfəri qadın, 1406 nəfəri gənclərdir. Cari ilin ötən dövründə partiya sıralarına 156 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən üzvlər qəbul olunub ki, onların da 84 nəfəri və ya 54 faizi gənclər, 83 nəfəri isə qadınlardır”.
Çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Bildirib ki, bu gün bu siyasətin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlər qazanılır.
Tədbirdə həmçinin rayon təşkilatı Şurasının üzvlərindən Sahib Həsənov, Gülarə Əkbərova, rayon təşkilatı Qadınlar Şurasının üzvü Fitat Əliyeva, rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə və başqaları çıxış edərək partiya üzvlərini rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə təbrik ediblər. Tarixi zərurətdən doğan və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın fəaliyyətə başladığı ilk gündən dövlətçilik, azərbaycançılıq, vətənə bağlılıq kimi ülvi prinsiplərə söykəndiyini deyən natiqlər ötən 26 il ərzində rayon təşkilatının keçdiyi uğurlu yola nəzər salıblar.
Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

