Bələdiyyə seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq
08.12.2009 [10:04]
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat - təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş dünən Sabirabad rayonunun Ulacalı kəndində keçirilib. Ulacalı, Mürsəlli, Bulduq və Şıxlar kəndlərinin sakinlərinin iştirak etdiyi tədbirdə ilk olaraq çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev rayonda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışıb. Bildirilib ki, rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlaşır və öz işini partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurub. Bütün zəruri seçki prosedurlarını uğurla icra edən rayon təşkilatının hazırda rayonun bütün kəndlərini əhatə edən geniş təşviqat kampaniyası həyata keçirdiyini söyləyən təşkilat sədri bu məqsədlə seçicilərlə görüşlər keçirildiyini, sakinlərə bələdiyyələrin fəaliyyəti və gələcək perspektivləri barədə, partiyanın bələdiyyə seçkilərində qarşısına qoyduğu məqsəd və vəzifələri haqqında geniş məlumat verildiyini bildirib. O, daha sonra deyib ki, Sabirabadda 25 bələdiyyəyə 261 nəfər üzv seçiləcək. YAP Sabirabad rayon təşkilatının 257 namizədi bələdiyyəyə seçilmək üçün mübarizə aparacaq. Nadir Quliyev vurğulayıb ki, ölkədə baş tutmuş bütün seçki aksiyalarını uğurla başa vuran YAP Sabirabad rayon təşkilatı bələdiyyə seçkilərində də qarşıya qoyulmuş məqsədə nail olacaq. O, əmin olduğunu bildirib ki, Yeni Azərbaycan Partiyasına, partiyanın həyata keçirdiyi bütün tədbirlərə böyük dəstək verən Sabirabad rayon sakinləri bələdiyyə seçkilərində də hakim partiyanın namizədlərinə səs verəcəklər.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Astan Şahverdiyev isə seçicilərə ölkəmizdə görülən işlər barəsində geniş məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən geniş bəhs edib. Onun sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Son 6 ilin iqtisadi göstəricilərini təhlil etsək görərik ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, dəyişən, müasirləşən ölkəsidir. Təsadüfi deyil ki, dünyanın qabaqcıl maliyyə institutları, beynəlxalq təşkilatlar Azərbaycanı həmişə bir nömrəli islahatçı ölkə elan edir: “Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaratmış olub. ölkədə hökm sürən sabitliyin qorunmasının və möhkəmlənməsinin inkişafın əsas indikatoru olduğunu başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Respublikamız makroiqtisadi sabitlik, eləcə də, inflyasiya tempi, bazarların səmərəliliyinin artırılması ilə bağlı göstəricilərə görə, bir sıra inkişaf etmiş dövlətləri qabaqlamaqda davam edir. Bu inkişaf prosesinin davam etməsi, yerlərdə bunun məntiqi nəticələrinin daha aydın şəkildə müşahidə olunması üçün qarşıdakı bələdiyyə seçkiləri də xüsusi əhəmiyyətə malikdir. Ona görə də, mən hesab edirəm ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də hər bir şəxs öz vətəndaşlıq borcunu yerinə yetirməli, səsvermədə öz iradəsini ifadə etməlidir”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Səs” İnofrmasiya Agentliyinin baş direktoru və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafındakı yeri və rolundan geniş danışıb. B.Quliyevin sözlərinə görə, bu gün nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır. Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalardan, seçki prosesindən qalib ayrılıb: “Şübhə yoxdur ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar. çünki YAP-ın fəalları hər zaman insanlarla bir yerdə olub, onları dinləyib. Yeni Azərbaycan Partiyası, hər zaman rasional addımlarla xalqın maraqlarını reallaşdırıb. Əlbəttə ki, bu partiyamızın bir nömrəli funksiyasıdır, işidir. Xalqın maraqları üzərində həyata keçirilmiş işlər bu gün dinamik inkişaf edən Azərbaycanın, sosial rifah halı yüksələn insanların timsalında özünü qabarıq büruzə verir. Bu baxımdan da, xalqımız əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu dəstəkləyir. Bu qürurverici hal Yeni Azərbaycan Partiyasının fəallarını daha aktiv olmağa, məsuliyyəti dərinliyilə dərk etməyə həvəsləndirir”.
Daha sonra Bəhruz Quliyev vurğulayıb ki, YAP bu seçkilərdə qələbə qazanmaqla yanaşı, qarşısına bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, onların ölkənin həyatında rolunu artırmaq, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini daha da mükəmməlləşdirmək üçün qanuni bazanı təkmilləşdirmək, bələdiyyələrdə qadınların və gənclərin rolunu artırmaq kimi də mühüm vəzifələr qoyub: “Mən əminəm ki, hər bir Azərbaycan vətəndaşı, hər bir seçici ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edən bu məsələlərin reallaşdırılması üçün partiyamıza dəstək verəcək. Bu dəstək isə seçkilərdə iştirak etmək, öz iradəsini azad şəkildə ifadə etməkdən başlamalıdır”.
Sabirabad rayonunda növbəti görüş isə Qaratəpə kəndində baş tutub. Buradakı tədbirdə Qaratəpə bələdiyyəsini əhatə edən kəndlər - eyniadlı kəndin və Nərimankənd kəndinin sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev, YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - “Səs” İnofrmasiya Agentliyinin baş direktoru və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və millət vəkili Astan Şahverdiyev seçicilərə bələdiyyə seçkilərinin və özünüidarəetmə strukturlarının ölkəmizin demokratik inkişafındakı əhəmiyyətindən danışıblar və seçicilərin çoxsaylı suallarını cavablandırıblar.
Dünən Sabirabadda sonuncu görüş isə rayonun Nizamikənd kəndində baş tutub. Buradakı tədbirdə Naziamikənd bələdiyyəsini əhatə edən kəndlər - Nizamikənd, Nəsimikənd, Rüstəmli, Hacıbəbir, Qardaşkənd, çöl Dəllək kəndlərinin sakinləri iştirak ediblər. Görüşlərdə çıxış edən bütün natiqlər və Sabirabad rayon seçiciləri bəyan ediblər ki, qarşıdan gələn bələdiyyə seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10

