/ / YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri də aztəminatlı ailələrə yardım göstəriblər
YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri də aztəminatlı ailələrə yardım göstəriblər
05.07.2019 [09:27]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin aztəminatlı ailələrə sosial dəstək aksiyası çərçivəsində YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri bir neçə aztəminatlı ailəyə baş çəkib və sovqat aparıblar. Aksiya öncəsi fikirlərini bölüşən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov şəhid ailələrinin, tənha yaşlı insanların və bu kimi kateqoriyadan olan vətəndaşlarımızın hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən siyasi kurs vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət göstərir.
R.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bu gün vətəndaşlarımızın maddi rifah halı və sosial təminatı daha da yaxşılaşdırılıb. Keçirilən sosial aksiyaya gəldikdə isə, R.Hüseynov YAP-ın hər zaman vətəndaşların yanında olduğunu və onların sosial problemlərinin həllində yaxından iştirak etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu aksiya çərçivəsində Sumqayıt şəhərində yaşayan 13 aztəminatlı ailəyə baş çəkilib və onlara sovqat verilib.
Daha sonra aksiya çərçivəsində şəhərin müxtəlif ünvanlarında yaşayan Səliməxanım Əliyeva, Firuzə Yaqubova, Zeynəb Quliyeva, Salvar Cavadova, Gülarə Hüseynova, Bəsirə İsayeva, Şükufə Kazımova, Firuzə Əhmədova, Qəribə İbrahimova, İstiba Alməmmədova, Könül Kazımova, Vəzifə Heydərova və Abuzər Abdullayevin ailəsinə baş çəkilib. Aztəminatlı ailələrlə görüşdə YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə bildirib ki, YAP mütəmadi olaraq aztəminatlı insanlarımıza dəstək yönündə müxtəlif layihələr həyata keçirir. O, bu dəfə də YAP Gənclər Birliyinin belə bir aksiya keçirdiyini diqqətə çatdırıb.
Öz növbəsində yardım göstərilən sakinlər ölkə Prezidentinin, Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi diqqətə və qayğıya görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının rifah halının yüksəldilməsi istiqamətində bütün tədbirləri görür.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11

