YAP Qaradağ rayon təşkilatının gənc fəalları aztəminatlı ailələrə dəstək aksiyasına qoşulublar
05.07.2019 [09:26]
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin aztəminatlı ailələrə sosial dəstək aksiyası davam edir. Dünən aksiya çərçivəsində YAP Qaradağ rayon təşkilatının gənc fəalları da rayonda yaşayan bir neçə aztəminatlı ailəyə baş çəkib, onlara dəstək göstəriblər. Aksiyada iştirak edən YAP-ın gənc fəalları bildiriblər ki, sosial dövlət olan Azərbaycanda vətəndaşlara qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətidir. Qeyd olunub ki, ilin əvvəlindən bəri ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalanıb. Bu sırada şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılması və digər bu qəbildən olan tədbirlər bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşının mənafeyi dayanır.
Xüsusilə qeyd olunub ki, öz fəaliyyətində hər zaman xalqımızın maraqlarını rəhbər tutan, cəmiyyətdən gələn sosial sifarişlərə uyğun çoxsaylı layihələr reallaşdıran Yeni Azərbaycan Partiyası da Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasətə dəstək verir, bu siyasətin daha uğurlu nəticələr verməsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. YAP Gənclər Birliyinin aztəminatlı ailələrə sosial dəstək aksiyası da vətəndaşlara yüksək qayğı, aztəminatlı ailələrin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə mühüm töhfədir.
Qeyd edək ki, aksiya çərçivəsində YAP Qaradağ rayon təşkilatının fəal gəncləri rayonun 7 qəsəbəsində - Ələt, Səngəçal, Sahil, Lökbatan, Qızıldaş, Puta və Qobustan qəsəbələrində 15-dən artıq ailəyə baş çəkib, onlara yardım göstəriblər.
Sözügedən ailələr və rayon ictimaiyyəti YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

