YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
30.04.2019 [09:53]
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Hüseynova, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar.
Konfransda geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin sədri Alim Verdiyev ötən müddət ərzində görülən işlər barədə hesabat verib. Məruzə ətrafında edilən çıxışlarda YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluq ifadə olunub, birliyin fəaliyyəti yüksək qiymətləndirilib.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin 17 nəfərdən ibarət Şurasının, 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşib. Eyni zamanda, səsvermə nəticəsində Nüşabə Məmmədli YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Konfransda YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

