Qaradağ rayonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
01.02.2019 [09:41]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyi (GB), rayon Gənclər və İdman İdarəsi və rayon Icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasəti haqqında ətraflı danışaraq, ölkəmizdə gənclər üçün hər cür şəraitin yaradıldığını bildirib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov gəncləri təbrik edərək, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən, Gənclər Gününün təsis edilməsinin önəmindən danışıb. Millət vəkili respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Aydın Hüseynov həmçinin ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd edib ki, YAP gənclərə özlərini təsdiq etmək və inkişaf etdirmək üçün münbit platforma təklif edir. YAP-ın sıralarında birləşən vətənpərvər gənclər ordusu Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir.
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov da ölkəmizdə gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlər haqqında geniş məlumat verib. O bildirib ki, dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında müstəsna rol oynayır.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova isə rayonda gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində görülən tədbirlər, gənclərin rayonun ictimai həyatında oynadığı fəal rol və digər məsələlər barədə danışıb.
Tədbirin sonunda bir qrup fəal gənc fəxri fərmanlarla təltif olunub.
Qeyd edək ki, Qaradağ rayonunda Gənclər Günü münasibətilə növbəti tədbir YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova deyib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və xalqımızın gənclərini bir araya topladı. Onun sözlərinə görə, 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük önəm verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır.
Tədbirdə çıxış edən gənc fəallar gənc nəslin vətənpərvər ruhda böyüməsinin, gənclərin ölkə həyatında fəal təmsil olunmasının əhəmiyyətini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

