/ / Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə YAP İsmayıllı rayon təşkilatında tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə YAP İsmayıllı rayon təşkilatında tədbir keçirilib
22.11.2018 [09:12]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə geniş tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının ötən 26 il ərzindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi xidmətlərdən danışıb. Tədbirdə həmçinin YAP İsmayıllı rayon təşkilatının sədr müavini Məhərrəm Əhmədov, YAP İsmayıllı rayon Təşkilatı Gənclər Birliyinin sədri Qönçə Ağazadə, YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı yerindən bəhs açıblar.
Tədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin Azərbaycana mühüm uğurlar qazandırdığını diqqətə çatdırıb. M.Sadıqov bildirib ki, bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək: “Dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatlar ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaradıb. Bu gün ölkəmizin dünyada söz sahibinə çevrilməsi, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atması iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsidir”.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. YAP İsmayıllı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalı təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

