/ / YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə gənclərin birinci elmi-praktik konfransı keçirilib
YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə gənclərin birinci elmi-praktik konfransı keçirilib
08.11.2018 [09:18]
Noyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə gənclərin birinci elmi-praktik konfransı keçirilib.
Konfransda iştirak etmək üçün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Gənclər Birliyinin üzvləri olan 200-dən çox gənc tədqiqatçı və gənc alim tezislərlə müraciət edib.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının artıq bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrildiyini deyib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının 26 illiyi ilə bağlı YAP Nəsimi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir.
O qeyd edib ki, Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolunu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Bu gün Ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inkişaf edir. Bu xətti əzmlə irəli aparan isə Ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir.
M.İbrahimqızı konfrans haqda ətraflı məlumat verərək qeyd edib ki, konfrans plenar iclasla başlayacaq və öz işini üç sessiyada davam etdirəcək. Sessiyalar humanitar elmlər, texniki elmlər, təbiət və tibb elmlərinə həsr olunub. Konfransda Nəsimi rayonu ərazisində yerləşən ali məktəblərdə təhsil alan, YAP üzvü olan istedadlı gənclər üstünlük təşkil etsə də, bitərəf gənclər də elmi fəaliyyətlərini inkişaf etdirmək üçün öz tezisləri və araşdırmalarını bölüşərək konfransdan yararlanacaqlar.
Sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın 26 ildə böyük siyasi qüvvəyə çevrildiyini, partiyanın gənc üzvlərinin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak etdiyini deyib. YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən Seymur Orucov gənclərin partiya üzvlərinin 40 faizini təşkil etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə və inamla baxmağa əsas verir.
Konfransda digər çıxış edənlər ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan YAP-ın tarixindən, partiyanın müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafındakı mühüm rolundan danışıblar. Vurğulanıb ki, gənc nəslin intellektual səviyyəsinin artırılması və yeni texnologiyalara yiyələnməsi üçün xüsusi dövlət proqramları çərçivəsində tələbələrimiz dünyanın aparıcı universitetlərində təhsil alırlar.
Konfrans müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

