Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı yaranmasının 25-ci ildönümünü qeyd edib
26.07.2018 [10:42]
Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatı yaranmasının 25-ci ildönümünü qeyd edib. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Heydər Əliyev Mərkəzində davam edən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq partiya üzvlərini bu tarixi gün münasibəti ilə təbrik edib, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Sonra o, Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraiti təhlil edib, partiyanın yaranma zərurətindən danışıb, ölkə əhalisinin, o cümlədən də tovuzluların Ulu öndərin ideyalarına sədaqətlə xidmət etdiyini vurğulayıb.
Tədbirdə məruzə ilə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov rayon təşkilatının 25 iyul 1993-cü ildə təsis olunduğunu bildirib. Buna qədər 1993-cü ilin mart ayından başlayaraq təşkilatın təsis olunması üçün çalışmış insanların fədakarlıqlarını qeyd edən sədr təşkilatın inkişaf mərhələlərindən danışıb. M.Bayramov deyib ki, rayon təşkilatı hazırda sıralarında 7909 nəfəri birləşdirən siyasi qüvvə kimi rayonun ictimai-siyasi həyatında aparıcı rola malikdir. M.Bayramov, eyni zamanda, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin son müşavirəsində qarşıya qoyulmuş vəzifələrdən, bu istiqamətdə ilk partiya təşkilatlarının görəcəkləri işlərdən danışıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə rayon İcra Hakimiyyətinin fəxri fərmanı, hədiyyələr verilib, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin yekununda rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, bizim qarşımızda rayonumuzu inkişaf etdirmək, əhalimizə yaxşı xidmət göstərmək, onlarda məmnunluq yaratmaq, ölkə Prezidenti cənab İlham Əliyevin bütün tapşırıq və göstərişlərini vaxtında və düzgün yerinə yetirmək vəzifəsi durur. “Bu işdə bütün partiya üzvlərimiz nümunə göstərməlidirlər”, - deyən M.Məmmədov rayon İcra Hakimiyyəti və partiyanın rayon təşkilatının dövlətçilik maraqlarına əsaslanan qarşılıqlı əməkdaşlığı ilə bu vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38

