Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yaranmasından 25 il ötür
26.07.2018 [10:40]
1993-cü il iyulun 25-də yaradılan Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının hazırda 6292 nəfər üzvü var. Partiya üzvlərindən 3392 nəfəri qadın, 1421 nəfəri gənclərdir. Partiya üzvləri rayonun ictimai-siyasi və mədəni həyatında, abadlıq-quruculuq işlərində fəal iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə YAP Tərtər rayon təşkilatının yaranmasının 25 illiyi münasibətilə Tərtər şəhərindəki Gənclər Mərkəzində keçirilən tədbirdə bəhs olunub. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Partiya fəallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatının sədri Ramiz Şabanov məruzə ilə çıxış edərək, qurumun 25 illik fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən tərtərlilər partiya sıralarına həvəslə daxil olurlar. Təkcə bu il fəal, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən 219 nəfər partiyaya üzv qəbul olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Bildirib ki, bu gün bu siyasətin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlər qazanılır.
Tədbirdə digər çıxış edənlər partiya üzvlərini təşkilatın yaranmasının 25-ci ildönümü münasibətilə təbrik ediblər. Tarixi zərurətdən doğan və Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılan YAP-ın fəaliyyətə başladığı ilk gündən dövlətçilik, azərbaycançılıq, vətənə bağlılıq kimi ülvi prinsiplərə söykəndiyini deyən natiqlər ötən 25 il ərzində rayon təşkilatının keçdiyi uğurlu yola nəzər salıblar.
Sonda YAP rayon təşkilatının bir qrup fəal üzvünə fəxri fərman və qiymətli hədiyyələr, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15

