Zərdab seçiciləri cənab İlham Əliyevi seçir
06.04.2018 [10:34]
11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Zərdab rayonunda da davam etdirilir. Bu silsilədən növbəti görüş Zərdab şəhər Mədəniyyət mərkəzində keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, uğurlu daxili və xarici siyasətdən bəhs edib, ölkəmizin son illərdə qazandığı nailiyyətlərdən danışıb. P.Mahmudova Zərdab rayon seçicilərini Heydər Əliyev siyasətinin, uğurların və nailiyyətlərin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, Azərbaycanda qazanılan hər bir qələbənin əsas mənbəyi xalqın Ulu öndər Heydər Əliyev yoluna inamı və sədaqətidir. Jalə Əliyeva öz çıxışında cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, Azərbaycanın uğurlu, daxili və xarici siyasətindən, əldə olunan nailiyyətlərdən və qələbələrdən geniş söhbət açıb. O qeyd edib ki, Azərbaycan xalqı prezident seçkilərində İlham Əliyevə səs verməklə bir daha sabitliyə, əmin-amanlığa və inkişafa səs verəcək.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Ruslan Nemətov, Gülağa İsgəndərov, Vəfa Bayramova, Mübariz Umarov cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış nailiyyətlər barədə öz fikirlərini bölüşüblər və seçiciləri 11 aprel 2018-ci il tarixində Yeni Azərbaycan Partiyasinın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə seçicilər adından çıxış edən Nailə Əliyeva, Südabə İsmayılova və Rəna Namazova da bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına əminliklərini ifadə edib, aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20

